Burun bizə xoş və eləcə də heç xoş olmayan qoxular haqqında məlumat çatdırır. Onun köməyi ilə biz çiçəklərin, təzə bişmiş şirniyyatların ətrini qoxulayırıq. O ki, bizi təhlükələrdən xəbərdar edir: xarab olmuş qida və qaz sızmasından. Burun həmçinin bir çox faydalı şeylər edir. Burunun içində kiçicik tüklər olur. Həmin tüklərə nəfəs aldığımız havadakı (oksigendəki) tozlar yapışır və orqanizmə daxil ola bilmir.
Həmçinin burun isidici kimi də fəaliyyət göstərir. Hətta ən soyuq hava belə, burunun nazik isti kanallarından keçən zaman istilənməyə macal tapır. Əgər bu xüsusiyyət olmasa, biz ilin soyuq fəsillərində həmişə xəstələnərdik və evdən çölə çıxa bilməzdik.
Həmçinin burun ətrafımızda hansı havanın olduğunu özü təyin edə bilir. Əgər hava təmizdirsə, burun kanalları daha geniş açılır və biz necə deyərlər “tam ciyərlərdən” nəfəs alırıq. (ona görə meşədə nəfəs almaq çox asan və yaxşıdır). Amma hava çirkli olduğu zaman isə burun kanalları daralır və orqanizmə hava daha az gedir (çatır). Bununla müdrik burun çirkli havanın tərkibində olan çoxlu zərərli maddələrdən insanı qoruyur.
Konfetin şirin, soğanın acı, limonun turş olması haqqında məlumatı bizə dil çatdırır. Dilin bütün səthi çoxlu miqdarda kiçicik məmçiklərlə örtülmüşdür, məhz onlar da ağıza düşəni tanıyır. Turş yoxsa şirin, acı yoxsa duzlu. Bundan əlavə dil bizi mümkün olan təhlükələrdən xəbərdar edir. Əgər biz ağzımıza nəisə yeməli olmayan, köhnə qida alsaq, dil həmin an bunu hiss edir və biz orqanizm üçün zərərli olanı yemirik.
TOXUNMA HİSSİ- bu bizim dərimizin toxunmanı hiss etmə bacarığıdır. Dəri bizə çox şeylərdən “danışa” bilər. Yumşaq yaxud sərt (bərk) əşya, hamar yaxud nahamar (kələ-kötür), isti yaxud da soyuq- bütün bunları əl ilə yoxlayaraq təyin edə bilər.
Həmçinin dəri zərərli bakteriyaların orqanizmə daxil olmasının qarşısını alır. Dəridə yara olmadığı zaman o daha etibarlı müdafiə edir, ona görə də çalışın ki, dərini zədələməyəsiniz.
Davamı →