Duzla gözəlləşin

Dərimiz dəniz suyu ilə eyni minerallara sahibdir. Ona görə də dəniz duzu dəri gözəlliyimizi qorumaq üçün ən yaxşı vasitədir. Dəniz duzu maqnezium, kalsium, sodium və kalium kimi minerallarla zəngindir.
 
Dəniz duzu ilə süfrə duzu arasında böyük fərq var. Dəniz duzunun tərkibindəki minerallar dəri sağlamlığı üçün çox önəmli rol oynayır və hüceyrələrin yenilənməsini sürətləndirirlər. Xüsusilə də həddən artıq soyuq və ya isti havalarda dərinin mineral balansı pozulur, quruluq, qabıq vermə, ləkələr və qızartı müşahidə olunur. Bu zaman dəriyə dəniz duzu ilə qulluq etmək mineral balansın təmin olunmasına, dərinin nəmlənməsinə və xarici təsirlərə qarşı dözümlü olmasına kömək edir.
Davamı →