Dəniz suyunun faydaları

Hər birimiz yay fəslində çimərliyə bir dəfə də olsa gedirik. Kimi ailəsi, övladları ilə əylənmək, səmərəli zaman keçirmək məqsədilə, kimi qumdan və günəşdən yararlanmaq üçün çimərliklərə üz tutur. Bəs hər yay üz tutduğumuz çimərliklərin, dəniz suyunun faydaları haqda heç bilirikmi?! Bu dəfəki xəbərimdə sizə dəniz suyunun faydalarından danışacağam.


Davamı →

Duzlu suyun dəriyə faydaları

Duzlu su dəriyə çox müsbət təsir edir. Üzünüzü hər səhər adi «kran» suyu ilə deyil, xüsusi hazırlanmış duzlu su ilə yuyun.

1 həftədən sonra çox yaxşı nəticə alacaqsınız. Bunun üçün 1/2 l qaynanmış suda 1 ç.q. dəniz duzu həll edin, soyudun. Dəniz duzunun tərkibində dərinin sağlamlığı və cavanlığı üçün bir çox faydalı maddələr var.

Duzlu su dərini çox yaxşı təmizləyir, təravətləndirir, cavanlaşdırır, nəmliyini saxlayırdərinin rəngini yaxşlaşdırır. Dəniz duzu olmadıqda adi xörək duzundan da istifadə etmək olar.
Davamı →

Duzlu suyun inanılmaz faydaları

Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə olunur və çox yaxşı müalicəvi təsir edir. Sizə duzlu su ilə olan bəzi müalicəvi reseptləri təqdim edirik.

1. Boğaz ağrısı, angina zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1 çay qaşığı (uşaqlar üçün yarım çay qaşığı) duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin. Nəzərə almaq lazımdır ki, angina zamanı bu vasitə yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır!

2. Diş və damaqların iltihabları zamanı da duzlu su (1/2-1 ç.q. duz + 1 stəkan su) çox yaxşı kömək edir. Ağız boşluğunu duzlu su ilə tez-tez qarqara edin, bu iltihabın azalmasına kömək edir. Diş çəkiləndən sonra ağız boşluğunu duzlu su ilə qarqara edin. Bu yaranın daha tez sağalmasına kömək edir, iltihabın qarşısını alır.

Davamı →