100 insandan ibarət dünya

Əgər dünyada cəmi 100 insan yaşasaydı, onlardan 57-si Asiyadan, 21-i Avropadan, Şimali və Cənubi Amerikadan cəmi 14 nəfər və 8 nəfər Afrikadan olacaqdı. 52-si qadın, 48-i kişi olacaqdı, 30-u ağdərili, 70-i isə başqa irqin nümayəndələri olacaqdı.

30-u xristian, 23-ü müsəlman, 47-si isə başqa dinə sitayiş edənlər olacaqdı. 6 insan dünyanın 595 sərvətinə yiyələnəcəkdi və onlar Şimali Amerikada olacaqdılar. 80 insan kasıbçılıq içində yaşayacaqdı. 70 insan oxumağı və yazmağı bilməyəcəkdi və 50-si ac qalacaqdı. Hər gün bir insan ölüb, bir insan doğulacaqdı. 1 insanın ali təhsili olacaqdı və cəmi bircə insan kompyuter sahibi olacaqdı.

Yüzlərlə insanın həftənin axrına çata bilmədiyi vaxtda, əgər sən səhər sağ salamat dura bilirsənsə, sən xoşbəxt adamsan. Müharibədə iştirak edənlərdən, aclıqdan, işgəncələrdən, tənhalıqdan əziyət çəkənlərdən biri deyilsənsə, sən xoşbəxt adamsan.

Əgər sən sərbəst qorxmadan öz dininə sitayiş edə bilirsənsə, sən xoşbəxt adamsan, çünki dünyada 3 milyarda yaxın insan bundan məhrumdur. Əgər başını soxacağın bir evin varsa, əynində paltarın varsa və soyuducunda yeməyin varsa sən dünya əhalisinin 75%-dən daha imkanlısan.

Əgər bankda və ya pul kisənizdə bir miqdar pulunuz varsa, deməli dünyada uğura nail olmuş 8% insanların siyahısına daxilsiniz. Əgər siz sərbəst bu məqaləni oxuya bildinizsə, deməli siz oxuya bilməyən 2 milyard insanlardan fərqlənirsiniz.
Davamı →

Dünyanın ənləri


DÜNYANIN ƏNLƏRİ
1-Dünyanın ən yüksək şəlaləsi-Anhel-Venesuela-1000m

DÜNYANIN ƏNLƏRİ
2-Dünyanın ən uzun çayı-Nil-Afrika-6670 km

DÜNYANIN ƏNLƏRİ
3-Dünyanın ən yüksək dağı-Everest-Asiya-8848 m.

DÜNYANIN ƏNLƏRİ
4-Dünyanın ən böyük çuxuru-Sibir-1.2 km.

DÜNYANIN ƏNLƏRİ
5-Dünyanın ən böyük çölü-Böyük səhra çölü-Afrika

DÜNYANIN ƏNLƏRİ
6-Dünyanın ən böyük yanar dağı-Tambora-İndoneziya.

DÜNYANIN ƏNLƏRİ
7-Dünyanın ən böyük bəndi-Çin-3035m genişlik, 175m dərinlik.

DÜNYANIN ƏNLƏRİ
8-Dünyanın ən böyük mağarası-Karlsbad mağarası-Nyu Meksiko.ABŞ

DÜNYANIN ƏNLƏRİ
9-Dünyanın ən böyük gölü-Xəzər dənizi-Orta Asiya-394.299kv.km

DÜNYANIN ƏNLƏRİ
10-Dünyanın ən böyük adası-Qrelandiya-2.175.597kv.km

DÜNYANIN ƏNLƏRİ
11-Dünyanın ən isti yeri-Əl-Əzizyah-Liviya-57.7 C.

DÜNYANIN ƏNLƏRİ
12-Dünyanın ən soyuq yeri-Vostok II-89.2 C.

DÜNYANIN ƏNLƏRİ
13-Dünyada ən çox əhaliyə malik olan ölkə-Çin-1.237.000.000

DÜNYANIN ƏNLƏRİ
14-Dünyanın ən geniş ərazili ölkəsi-Rusiya-10.610.083kv.km

DÜNYANIN ƏNLƏRİ
15-Dünyanın ən kiçik ölkəsi-Vatikan-0.272kv.km

DÜNYANIN ƏNLƏRİ
16-Dünyanın ən böyük meqapolisi-Tokio-26.000.000nəfər

DÜNYANIN ƏNLƏRİ
17-Dünyanın ən uzun dəmir yol tuneli-Seikan-Yaponiya-53.09 km

DÜNYANIN ƏNLƏRİ
18-Dünyanın ən uzun avtomobil yolu tuneli-St.Qotthard-İsveçrə-16.4 km

DÜNYANIN ƏNLƏRİ
19-Dünyanın ən uzun kanalı-Panama kanalı-81.5km

DÜNYANIN ƏNLƏRİ
20-Dünyanın ən uzun körpüsü-Akaşi-Yaponiya-1.990m

DÜNYANIN ƏNLƏRİ
21-Dünyanın ən çox danışılan dili-Çin dili-885.000.000 nəfər

DÜNYANIN ƏNLƏRİ
22-Dünyanın ən çox sərhəd qonşusu olan ölkə-Çin-15 ölkəylə

DÜNYANIN ƏNLƏRİ
23-Dünyanın ən yüksək yerləşmə yeri-Uebzhuan, Çin-dəniz səviyyəsindən 5.090m

DÜNYANIN ƏNLƏRİ
24-Dünyanın ən alçaq yerləşmə yeri-Kalipatria, Kaliforniya ABŞ-dəniz səviyyəsindən 54m. aşağıda

DÜNYANIN ƏNLƏRİ
25-Dünyanın ən yüksək binası- Dubay Qülləsi-Dubay Əmirliyi-818m
Davamı →

Olan və olmayan dünyalar

                                     

Əziz dostlarım,hər şeydən öncə sizlərə bir nəsnəni aydınlaşdırmaq istərdim ki,mən “olan” və “olmayan” dünya dedikdə sizlərə deyilən,sizlərin qəbul etdiyiniz(bəziləriniz təbii ki,belə nəsnələri qəbul etmirsiz,bəlkə də doğru yoldasız),sizlərə bu ən  “doğru”su deyə verilən və özünün təsdiqini də səmavi dinlərin  müqəddəs yazılar toplusu kimi qəbul edilən kitablardakı dünyaları nəzərdə tutmuram.Yəqinki artıq çoxunuza məlum oldu ki,dinlərin insanlara bəyan etdiyi hansı dünyalardır.Bilməyənlərə də,qısaca xülasə edim ki,bu dünyaların adı dinlərdə(səmavi dinlərdə təbiiki)”O dünya,yəni cənnət dünyası və cəhənnəm dünyası”anlayışlarıdır.Əvvəlcədən xatırladım ki,bu dünyaların hansı anlama gəlməsi,hansı mahiyyətləri əhatə etməsi,haradan qaynaqlanması,necə oldu ki,insana bu kimi dünyalar vacib və ya insan bu dünyaları özünə vacib bildi və.s kimi yaxın sualları cavablandırmaq hələki mənim adını olan və olmayan dünya adlandırdığım yazımla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.Cənnət və cəhənnəm dünyaları ilə maraqlanan insanlara yaxşı bir tövsiyyə:”Dostlar,mollalardan uzaq olun,amma öldüyünüz zaman qəbir daşınınızın üstündə yasin sürəsini oxuyan insanın da molla olduğunu unutmayın.Nə qədər qəribə görünsə də,Azərbaycan cəmiyyəti mollalarsız keçinə bilmir.”


Ardı →

Bilər

                   Bilər

Kefçil kefindədi, nəyinə gərək,
Dünyanın dərdini qananlar bilər.
Kifirlər, çirkinlər öz hayındadır,
Məhəbbət acısın cananlar bilər.

                       ***

Qayğısıza kefdi, damaqdı dünya,
Dərdliyə nimdaşdı, yamaqdı dünya.
Nə rəhim, nə adil, nə haqdı dünya,
Dünyanın əzabın qananlar bilər.

                  ***

Aydın, beş gün qonağısan dünyanın,
Kəsilib,doğranıb tamam hər yanın.
Hər cövrünü, cəfasını cananın,
Oduna alışıb yananlar bilər.
                                          Dekabr, 2002
Davamı →

Ah,bu şirin,acı dünya

I
Başımızın tacı dünya,
min dərdin əlacı dünya.
Kimlər səndən doyub getdi,
şirin dünya, acı dünya?
Ömrün qışı, yazı dünya,
alnımızda yazı dünya.
Səndən əziz nəyimiz var,
şirin dünya, acı dünya?
Ardı →

Fələstində Kabus Dəvam Edir.

«Yaxın Şərqdə barışıq» və "ərəb-İsrail sülh razılaşması" anlayışları artıq çoxdandır ki, üzlərdə inam və ümiddən çox, təbəssüm doğurur.


17 il ərzində beynəlxalq ictimaiyyətin guya səy göstərməsinə baxmayaraq, Yaxın Şərqdə sülh prosesi çox dərin dalana dirənib və tərəflərdən heç biri — nə münaqişə, nə də vasitəçilik edənlər onu oradan çıxarmağa hazırlaşmır. Sülh prosesi artıq çoxdandır ki, adını sülh danışıqları prosesinə dəyişib ki, bu da öz növbəsində danışıqlar xatirinə aparılır.
Burada sual yaranır:
Ardı →

Metropoliten muzeyi


Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi.
Ardı →

Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →