Selincerin fləşbəkləri

"Çox istəyirəm ki, imkan düşən kimi mənə bir cümlə belə olsa, cavab yazasınız".
Selincerin Unaya yazdığı çoxsaylı məktublardan biri bu cümləylə başlayırdı və o məkublar elə çox idi ki… Ta gəncliyindən başlayaraq müharibənin fəsilləri dəyişən günləri bitənə kimi.
Una iki yaşı olanda atası anasından ayrılır, bəlkə elə buna görə qız atasına ürəkparçalayan məktublar yazıb cavab almaması səbəbindən, sonralar "Çovdarlıqda uçurumdan qoruyan”ın müəllifini laqeyd şəkildə cavabsız qoyurdu.

Davamı →

Niyə sualını cavabsız qoyan eşq

Güc ümumi anlayışdır. Gücə sahib olmaq isə xüsusiyyətdir. Yəni, güc paylanır, yerdəyişməyə məruz qalır, zamana və məkana tabe olaraq, birindən digərinə keçir. Bu, zahiri aləmdə də, dünyəvi işlərdə də belədir. Sivilizasiyaların əvəzlənməsi gücün və enerjinin yerdəyişməsinin ən bariz nümunəsidir. Görəsən bu yerdəyişmə təbii şəkildə baş verir, yoxsa burada da subyektiv insan amili mövcuddur? Başqa tərəfdən baxdıqda, insan özü də təbii amil deyilmi? Yəni, obyektivlik və subyektivlik nə dərəcədə təbiiliklə və qeyri-təbiiliklə düz mütənasibdir? Əlbəttə, cavabsız sual yoxdur. Sadəcə, doğru ya da yanlış qoyulan sual və ya doğru ya da yanlış verilən cavablar vardır.

Davamı →

Yaşlanmayan ürəklərə salam olsun

«Sənədsiz sevgilər», «Qədər evləri», «Könül gülləri», «Uyak klavuzu», «Qafiyə klavuzu» kimi bir neçə kitabın müəllifi olan Hamit Göksoy şeir kitabının birinin adını «Küldeki kör» («Küldəki qor») adlandırır. «Gənclik şeirləri» adı ilə oxuculara təqdim etdiyi poeziya nümunələrini müəllif «Gənc ürəklərə» ithaf etmişdi. Bu gün ömrünün orta çağında yaşayan Hamit Göksoy kitaba daxil etdiyi şeirlərini 17-20 yaşlarında yazmışdı. Gənclik atəşi ilə yazdığı bu şeirlər haqqında şair «atəş yanar, kor buraxar» («ocaq yanar, közü qalar») ifadəsini işlədir. «Közlər küllənir, amma sönmür. Yanmağa davam edir. İçdən-içə, göynəyə-göynəyə… Nə zaman bir külək əssə, külü canlanar, yenidən dirilər və yenidən bir köprü qurar keçmişə, gələcəyə. Kitabdakı şeirlərinin hər biri bu köprünün birər ayağı və sütunudur» — deyir.

Davamı →

Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər

  • Sevgi
Aranızda böyük məsafələr olsa belə sevdiyiniz insanın necə olduğunu duya bilirsiniz. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşürsünüz… Əgər partnyorunuzla aranızda güclü mənəvi bağlılıq varsa, o zaman sizi təbrik edirik, layiqli insanı tapmısınız. Ətrafınızdakıların əksəriyyətindən daha yaxşı həyat yaşayırsınız.
Bütün cütlüklərin arasında dərin mənəvi əlaqə olduğunu demək olmaz. Bu əvəzolunmaz bir hədiyyədir… Təəssüf ki, belə bir sevgiyə qovuşmaq milyonlarla insan üçün arzu olaraq qalır.

Davamı →

Kim daha tez aşiq olur?

  • Sevgi
Axmaq adam tələsir. Sosioloqların fikrincə, kişilər də tələsir. Bəs səbəb nədir?

“Mən səni sevirəm”

Belə bir dözülməz ümumi qənaət var ki, qadınlar bu üç sözdən ibarət klassik bəyanatı vermək, “bizim axırımız necə olacaq”, “biz indi nəyik” kimi sualların cavabını dərhal bilmək üçün sinov gedirlər. Amma tədqiqatlar başqa şeyi göstərir: heteroseksual kişilər qadın partnyorlarından fərqli olaraq, aşiq olmaq, yaxud aşiq olduqlarını zənn etmək üçün daha çox tələsirlər.
Davamı →

Eşq

  • Esse
...Ətir kitabxanası, zirzəmidə, göz yaşı qədər şəffaf qablarda çeşidli ətirlər. Pol Valerinin sözləri uçuşur havada: tünlükdə ətirlər bir-birlərini tanımır… Ancaq hələ buna var, ya da hər şey ötüb-keçib, solub-saralıb, artıq yaddaş da yanıb külə dönüb. Kimsə kimsəni tanımır...

Əvvəllər, bir-birlərinə həsrət kimi qızarmış tumurcuq gözləriylə baxan, bir-birlərinə bir baxış qədər möhtac olan güllərdən ancaq «efir» qalıb. Göz yaşı qədər şəffaf qablarda. Bunların dili yoxdu deyə, sevgi sözünü hamıdan, dünyadakı bütün nəfəs alan məxluqlardan daha yaxşı bilirlər. Dil mane olur, sözlər sədd çəkir, maneəyə dönür. Sözlərin içindəki küy, dillərin bir fikri demək yerinə hər şeyi dolaşdırması («dilin dolaşması») vacib olan şeyləri unutdurur.

Dünyada çox sayda dillərin olması əslində, susmağa, nəfəs dərib düşünməyə mane olmaq üçündü. Və belə olduğu üçündü ki, insanlar onlara heç lazım olmayan şeylərə düşük düşür, möhtac qalırlar.
Davamı →

Şəhvət yoxsa eşq?

  • Sevgi
Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.

“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi — şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.
Davamı →

Sevgi haqqında 8 həqiqət

  • Sevgi
Sevgi böyük hissdir, bilinən və bilinməyən tərəfləri var. Nəzərinizə sevgi haqqında elm tərəfindən təsdiqlənmiş 8 həqiqəti çatdırırıq.

Adi bir öpüş stressi azaldır. Hətta öpüş haqqında düşünmək belə bu keyfiyyətə malikdir.

Qucaqlaşmaq ömrü uzadır. Mütəmadi qucaqlaşan cütlüklərin ürək problemi riski daha az olur. Bu həmçinin psixoloji problemlərədə aiddir.

Qucaqlaşaraq yatmaq baş ağrısı riskini azaldır. Qucaqlaşaraq öpüşən zaman oksitosin hormonu ifraz olunur. Bu hormon baş ağrısı müalicəsində istifadə olunan dərmanların əsas maddəsidir.
Davamı →

Aşiq olanda bədənimizdə nələr baş verir?

  • Sevgi
Xəstəlik hissi
İnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüşdürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır.

Güc hissi
Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda, aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.
Davamı →

Məşhur yazarın sevgidən dəli olan qızı

  • Sevgi
Adel sindromu barədə hər birimiz eşitmişik. Buna sevgi xəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.
Davamı →