Edam edilən fil Mary

Mary adlı fil tarixin ilk asılaraq edam edilən filidir.
13 Sentyabr 1916-da Amerika Birləşmiş Ştatlarının Tennessi Ştatında, Erwin qəsəbəsində bir sirkdə nümayiş etdirilən Mary adlı fil, baxıcısının onu qəzəbləndirilməsi nəticəsində baxıcısına hücum etmiş və baxıcısını öldürmüşdü.

Charlie Sparksın səyahət edən bir sirki vardı və Mary adlı bu fil sirkdə ən çox nümayiş etdirilən heyvan idi. Demək olar ki, Mary olmadan hər hansı bir nömrənin nümayişi mümükün deyildi. 1916-ci ilin soyuq bir Fevral ayında, Marynin hər zamankı baxıcısı yox idi və ona təcrübəsiz bir baxıcı təyin etmək məcburiyyətində qalındı. Çünki 5 tonluq bir Asiya fili olan Mary, şounun ən əvvəl oyunçularından biri idi.

Təcrübəsiz baxıcı Maryni təşviq etmək istəyərkən onu şüursuz şəkildə yaralayır. Ağrılar içərisində qalan fil, qəzəbdən baxıcısını əzəndə olanlar olur. Erwin qəsəbə yolları inşa edilən, inkişaf edən və öz məhkəməsi olan bir qəsəbə idi. Cinayət günahından mühakimə olunan fil Mary günahkar bilindi və edamına qərar verildi. Fil Mary, Erwin qəsəbəsindən 40 km uzaqlıqdakı Kingsport qəsəbəsinin meydanında şəkildə görüldüyü kimi edam edildi.
Davamı →

Dəhşətli edam cəzaları

dəhşətli edam cəzaları
Fillə tapdalama

Bu üsuldan əsasən, Hindistan və ona qonşu olan ölkələrdə istifadə olunub. Edam zamanı məhkum yerə uzadılaraq əli və ayaqları bağlanır, üstündən fillər keçirilirdi.

Bu üsul ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.

Ata qoşub dartmaq
Cəzalandırılan şəxsin əl və ayaqlarını 4 ata qoşub hər atı bir istiqamətdə sürürdülər. Xüsusi ağır cinayətlər zamanı bu üsuldan istifadə olunurdu. Bu üsul Asiya ərazisində, xüsusilə qədim Hindistanda fillər vasitəsilə yerinə yetirilirdi. Metoddan ölümlə yanaşı, işgəncə üçün də istifadə edirdilər. Azərbaycan nağıllarına inansaq, bizdə cəza olaraq, insanı qatırın və ya atın quyruğuna bağlayıb sürüyürdülər.


Ardı →