Ədəbiyyat terminləri lüğəti

Ahəng  — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.

Alleqoriya  — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.

Bədii sual  — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.


Davamı →