Niyə istifadə etmədiyimiz geyimləri alırıq?

Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mövcudluğunu davam etdirir. 

Amerikalı psixoloq Kit Yarrou nəyə görə impulsiv, yəni düşünülməmiş alış-veriş etdiyimizi izah edir və bununla necə mübarizə aparmalı olduğumuzu izah edir.
Davamı →

Cinsi azadlıq: Ehtiyacdır, yoxsa istək?

İlk öncə ehtiyac və istəyin mənalarını və bir-birindən nə ilə fərqləndiyini izah edək. İnsanın həyatda qala bilməsi üçün mütləq şəkildə qarşılanması vacib olan şeylərə ehtiyac deyilir. İstək isə bir şeyə qarşı duyulan ləzzət, meyl və arzudur. İnsanın təməl ehtiyacları bunlardır- Yemək, su, sığınacaq, iş və s. İstəklər isə müxtəlif formalarda olur və insanın nəfsi ilə bağlıdır. Bunların arasındakı fərqi bu formada izah etmək olar – su sənin ehtiyacındır, pivə, coca-cola və sairə içkilər isə sənin istəyindir. Cinsi əlaqə sənin ehtiyacındır, amma rəngarəng cinsi fəaliyyətlər isə sənin zövq və istəyinlə bağlı bir şeydir. İnsanların ehtiyacları məhduddur, istəkləri isə qeyri-məhdud. İnsanların istək və arzularının bir sərhəddi yoxdur. Nəfsin istək siyahısı çox ola bilər. Bu siyahıya baxıb təyin olunmalıdır ki, bunların neçəsi insanın həqiqi ehtiyacıdır. Amma bir çox siyahılar nəfsin azğınlığı altında doldurulmuş siyahılardır…
Davamı →

Əşyalara sitayiş

Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.

Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib.  Sokrat da aforizmini guppuldadıb: “Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.

Ümumiyyətlə, biz həmişə lətifədə  sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən “Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var. 

Bəs nəyə ehtiyacımız yoxdur?

Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: “İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.

Sokratın dediyi də budur.


Ardı →