Tələb və təklifin inflyasiyası

Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərq­ləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.
Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: «dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur».
Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ deyildir.
Davamı →

Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni   birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyatlardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.isti­fa­də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.


Ardı →

İqtisadi terminlər-2

Ə

ƏDALƏTLİ DƏYƏR (fair value)
1. Məlumatlandırılmış və marağı olan tərəflərin azad sövdələşmə şəraitində aktivi dəyişdirə yaxud öhdəlikləri yerinə yetirə bildiyi məbləğ.
Mühasibat uçotunda açıq bazarda aktivlərin normal, adi qaydada satışından fərqlənən, alqı-satqı şəraiti və şərtləri müxtəlif olan satışların dəyəri ədalətli dəyər kimi nəzərdən keçirilmir. Qeyd olunan şərait bazar dəyəri anlayışında nəzərə alınmayan qısamüddətli iqtisadi böhranlar yaxud başqa vəziyyətlərdə yarana bilər.
2. “Ədalətli dəyər” anlayışından tərəflər arasında mübahisələrin məhkəmədə həlli zamanı bazar dəyəri məsələnin mahiyyətinə uyğun olmadığı hallarda da istifadə edilir. Deməli, “ədalətli dəyər” bazar dəyərinin sinonimi kimi qəbul oluna bilməz.
3. Ədalətli dəyər ayrı-ayrı aktivlərin istehsal potensialını, yəni pul vəsaitlərinin yaxud onların ekvivalentlərinin axınlarına təşkilata birbaşa yaxud dolayı təsir göstərmək potensialı baxımından təcəssüm olunmuş gələcək iqtisadi faydaları ifadə edə bilər.  


Davamı →

İqtisadi terminlər

AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ - səhmlərini müstəqil surətdə abunəçilər arasında özgəninkiləşdirmək hüququna malik, Nizamnamə fondunun minimum məbləği 20 milyon manatdan az olmayan səhmdar cəmiyyətdir;.
ADEKVAT MƏNFƏƏTLİLİK(adequate profitability) — Aktivlər əvəzolunmanın amortizasiya olunmuş xərclərinə istinad edilməklə qiymətləndirildikdə, qiymətləndiricinin həmin xərclər barədə rəyini əsaslandıra biləcəyinə təminat vermək məqsədilə təşkilatın istifadə etdiyi yoxlama meyarı.
ADVALOR VERGİ(ad volorem tax)-Əmlakın peşəkar ekspert-qiymətləndirici tərəfindən müəyyənləşdirilməli olan dəyərindən faizlə hesablanan vergi.


Davamı →

32. Fillips əyrisi

Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqti­sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi-ORIGINS OF THE PHILLIPS CURVE
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci ildən — 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb etmir.
Davamı →

Siyasi qeyri-sabitlik və kapital «axını»

POLITICAL INSTABILITY AND CAPITAL FLIGHT
Meksikada 1994-cü ildə görkəmli siyasi xadimlərə qarşı terror aktı ilə müşayiət olunmuş siyasi vəziyyətin kəskinləşməsi dünya maliyyə bazar­larında əsəbilik yaratdı. Bu bazarların subyektləri Meksikadakı siyasi sabitliyə dair öz fikirlərinə yenidən baxdılar və vəsaiti ABŞ-a və ya digər daha sakit ölkələrə köçürmək üçün meksikan aktivlərindən xilas olmağa başladılar. Ölkədən maliyyə resurslarının bu cür kütləvi şəkildə eyni vaxtda çıxarılması kapital «axını» adlanır. Meksika üçün kapital «axını» mənasını düzgün başa düşmək üçün biz iqtisadiyyatın tarazlıq vəziyyətinin dəyiş­məsinin təhlilini üç mərhələdən ibarət olan metodikadan istifadə edirik.
Davamı →

30. Məcmu tələb əyrisi

Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xid­mət­­lərə olan tələb haqqında bizə məlumat verir. 30.3. şəklində göstərilmişdir ki, məcmu tələb arzuolunmaz vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (P1 ¯ P2) onunla nəticələnir ki, (Y1 ¯ Y2) əmtəələrə və xidmətlərə olan tələb artır.
Məcmu tələb əyrisinin arzuolunmaz meyli
WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD
Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın ©, investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmuyudur:
Davamı →

6. Təklif, tələb və hökumətin siyasəti

SUPPLY,DEMAND AND GOVERNMENT POLICIES


Iqtisadçılar daim 2 rol oynamağa məcburdurlar: elm adamları kimi onlar bizi əhatə edən dünyanı izah edən nəzəriyyəni tərtib edir və onları isbat etməyə çalışırlar; siyasətçi kimi isə nəzəri konsepsiyalara əsaslanaraq dünyanı yaxşı­lığa doğru dəyişməyə çalışırlar. Son 2 fəsildə biz bu məsələyə tədqiqatçı nöqteyi-nəzərindən yanaşırıq. Biz gördük ki, tələb və təklif əmtəənin qiymətini və kəmiyyətini təyin edir. Tələb və təklifin necə təsir göstərdiyini, eyni zaman­da, malın qiymətinin və həcminin tarazlığına müxtəlif hadisələrin də təsirini təhlil etdik.


Ardı →