Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

  
 Nə üçün qadın ehtiyac simvoludur? Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

Təbii psixologiyasına əsasən, ehtiyaclı olan bir varlıq seçir. Seçilən bir kəs seçən kəsin istəyini təmin edir. Buna əsasən deyilə bilər ki, qadın evlilik və yaşayış məsələsində zənginliyin simvoludur. Onun misalı yalnız varlığını göstərən gül kimidir. Kişi isə ehtiyac simvoludur ki, həyat ehtiyacını təmin etmək üçün bu gülün ətrafında dövrə vurur.

Bu arada qadının seçilməsi məcburi bir məsələ deyil. O, bəzi seçicilərini rədd edə bilər. (Əlbəttə, məsumlardan (Allahın salamı olsun onlara) nəql olunan rəvayətlərə əsasən, bu ehtiyacı oğlanlara və o zənginliyi qızlara vermiş olan Allah, zənginlik vasitəsindən istifadə edərək, heç bir dəlili olmadan ehtiyaclı olan elçini özündən uzaqlaşdırmağı qıza münasib bilmir.)

Ardı →

Elçilik

Həqiqətən, evlənmək istədiyiniz zaman elçiliyə gedin! Allah-Taala Qurani-Kərimdə buyurur:”Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (Qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.” Qadın və kişi bir-biri üçün yaradılmışdır. Nikah bağlamaq və müştərək ailə həyatı qurmaq insanda təbii, fitri bir istək, insani bir duyğu və ehtiyacdır. Kişi və qadının bir-birinə olan ehtiyacı və birgə yaşamaq istəyi Allah-Taalanın insanlara lütf etdiyi böyük neməti və həmçinin, ilahi nişanələrdəndir.
Ardı →