6. Elastiklik və vergiqoyma

ELASTICITY AND TAX INCIDENCE
Hər hansı bir əmtəəyə vergi qoyarkən onun ağırlığı alıcıların və satıcıların üzərinə düşür. Ancaq hansı nisbətdə: 50: 50-yə olan nisbət istisnadır. Gəlin şəkil 6.9-da göstərilən 2 bazarda olan vergiqoymanı nəzərdən keçirək. Hər 2 halda qrafiklərdə tələb və təklifin ilkin əyriləri alıcıların ödədikləri və satıcıların əldə etdikləri məbləğlər arasında verginin əyrisi göstərilib (tələb və təkliflərin yeni  əyriləri yoxdur.Əyrilərin vəziyyətinin dəyişməsi verginin kimdən –alıcılardan və ya satıcıdan alınacağından asılıdır, ancaq bunun heç bir fərqi  yoxdur). Qrafiklərdəki əyrilər tələb və təklifin nisbətinin elastik­liyindən fərqlənirlər.


Ardı →

5. Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal

Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal
Taxılın məhsuldarlığının yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? Nə üçün neft ixrac edən ölkələrin təşkilatları (OPEK) çıxarılan xam neftin qiymətini yüksək səviyyədə saxlaya bilmədilər? Nar­kotiklərə qoyu­lan qadağalar bu əsasda törədilən cinayətkarlığı artırır və ya azaldır? Sizə elə gələ bilər ki, bu sualların heç bir ümumi əlaqəsi yoxdur. Lakin bunların hər biri tələb və təklifin qarşılıqlı fəaliyyət göstərdiyi bazarlara aiddir. Bu suallara cavab vermək üçün biz tələb, təklif və elastikliyin çevik vasitələrindən istifadə edirik.


Məhsuldarlığın yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? CAN GOOD NEWS FOR FARMING BE BAD NEWS FOR FARMERS?


Ardı →

5. Təklifin elastikliyi

Təklifin elastikliyi
Əmtəə təklifini müəyyən edən amillərə baxarkən qeyd etdik ki, məhsulların qiyməti yüksəldikdə, ehtiyatların qiyməti aşağı düşdükdə və ya texnologiya təkmilləşdikdə təklifin həcmi artır. Təklifin keyfiyyət təhlilindən kəmiyyət təhlilinə keçdikdə, biz elastiklik konsepsiyasından istifadə edirik.


Qiymətə görə təklifin elastikliyi və onu müəyyən edən amillər
Təklif qanununa görə, əmtəənin qiymətinin artması təklifin həcminin art­masına gətirib çıxarır. Qiymətə görə təklifin elastikliyi qiymətin dəyişməsi ilə təklifin həcmindəki dəyişikliyin dərəcəsini əks etdirir. Əgər qiymətin dəyiş­məsi təklifin həcminin əhəmiyyətli dəyişməsinə səbəb olarsa, əmtəə təklifi elas­tik adlanır. Əgər qiymətin dəyişməsi əmtəə təklifinin həcminə az təsir edərsə, bu zaman təklif qeyri-elastik olacaqdır.


Ardı →

5. Tələb əyrilərinin növləri

Tələb əyrilərinin növləri
Adətən iqtisadçılar tələb əyrilərini onların elastikliyinə uyğun olaraq təsnifi edirlər. Əgər elastiklik 1-dən yuxarıdırsa, əmtəəyə olan tələb elastik kimi qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifa­də­sində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastik­liyi 1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miq­da­rının dəyişməsi onun qiymətinin dəyişməsindən nisbətən aşağıdır. Əgər elas­tiklik 1-ə bərabərdirsə, əmtəənin miqdarı onun qiy­mə­tinin dəyişməsinə tam uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur.


Ardı →

5. Tələbin elastikliyi

Tələbin elastikliyi THE ELASTICITY OF DEMAND
Tələb determinantlarına baxarkən biz qeyd etdik ki, alıcıların gəlirləri artdıqda, əvəzləyici əmtəələrin qiyməti yüksəldikdə və ya bir-birini tamamlayan məhsulların qiyməti aşağı düşdükdə, istehlakçılar daha aşağı qiymətlə çox miqdarda əmtəə əldə etmək istəyirlər. Biz həmçinin, tələbə kəmiyyət tərəfindən deyil, keyfiyyət tərəfindən baxdıq, onun miqdarının yox, həcminin dəyişməsi istiqamətində təhlil apardıq. Iqtisadçılar tələbi müəyyən edən amillərin dəyişməsinə tələbin reaksiyasını ölçərkən, elas­tiklik konsepsiya­sından istifadə edirlər.


Ardı →