Shift+2=@

"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.
Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir.
"@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq «dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 məhsul @ 5 manat» deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var.
Ardı →

“@”işarəsi internetin rəmzi simvoluna necə çevrilib?

Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi.

Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir.
Ardı →