İsaak Nyuton

  • Fizika
İsaak Nyuton 1643-cü ildə İngiltərədə fermer ailəsində dünyaya gəlmişdir. Onun valideynləri az savadlı adamlar idilər. Lakin uşaqlarına yaxşı təhsil verməyə çalışırdılar. Xasiyyətcə adamayovuşmaz olan İsaak məktəbdə o qədər də fəal deyildi. Belə bir uşağın gələcəkdə alim olacağı heç kəsin ağlına belə gəlmirdi. Balaca İsaak qəribə oyuncaqlar düzəltməyi sevirdi. Onun düzəltdiyi kiçik yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi.

Davamı →

Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

 

Nikola Tesla – Dünyanın ən qəribə ixtiraçısı 

 Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

1000-dən çox ixtirası ilə gələcəyi dəyişən məşhur serb ixtiraçı Nikola Tesla həm də qəribə adətləri və vərdişləri ilə tanınırdı. Gündə orta hesabla 15 km piyada gedən Tesla bunun beyinə və yaradıcılığa çox faydalı olduğunu düşünürdü!
O, hər gecə cəmi iki saat yatır və vaxtının çoxunu öz laboratoriyasında keçirirdi. Hətta bir dəfə Teslanın


Davamı →

DNT-nin ilk foto şəkli

DNT-nin cüt zəncirdən ibarət modeli 1953-cü ildə qəbul edilmişdi. Elm adamları Ceyms Vatson və Frensis Krikin təklif etdiyi bu modelin qəbul edilməsindən 59 il sonra həyatın özünü təşkil edən zəncirlərə aid ilk həqiqi fotoşəkil çəkilib.

Məlum olan bütün canlı orqanizmlərin inkişafı və həyat funksiyaları ilə əlaqədar əsas məlumatları ehtiva edən DNT zəncirlərinin ilk dəfə foto şəkli çəkilib. İtaliyanın Maqna Qrasia Universitetində fizika professoru Enzo Di Fabrizio elektron mikroskopu ilə DNT-nin foto şəklini çəkib.

Elm adamları Di Fabrizionun uğurundan əvvəl DNT-nin quruluşunu müxtəlif vasitələrlə müşahidə etmişdi. DNT-nin cüt spiral formasındakı quruluşu ilk dəfə rentgen kristalloqrafiyası adlanan metodla müəyyən edilmişdi. Bu metodda rentgen şüalarının cisimlə toqquşduqdan sonra necə əks olunduğuna baxaraq cismin forması müəyyən edilir.


Ardı →