Qiymət endirmək üçün hansı üsullar var?

Bəyəndiyiniz məhsulu sizə ən uyğun qiymətə almaq üçün dörd məsləhətdən yararlana bilərsiniz.

1. Qiyməti endirməyin mümkün olub-olmadığını araşdırın:
Qiymət endirməyin hətta xoş qarşılandığı ölkələrdə belə bəzən bunu hər yerdə etmək mümkün olmur. Xoşagəlməz vəziyyətə düşməmək üçün qiymət “öldürməyə” başlamazdan əvvəl satıcının sizin şərtlərinizə hazır olduğuna əmin olun. Bunun üçün almaq niyyətində olduğunuz məhsula işarə edərək “Əla məhsuldur, çox istərdim almağı, lakin çox bahadır” demək kifayətdir. Məhsulu nisbətən ucuz qiymətə satmaq mümkün olduğu təqdirdə, satıcı özü sizdən nə qədər ödəməyə hazır olduğunuzu soruşacaq və yaxud daha əvvəl qeyd etdiyi qiymətdən bir qədər aşağı qiymət deyəcək.
Davamı →