Enerji artıran qidalar

Balıq
Balıq protein, eyni zamanda çox miqdarda vitamin və minerallarla zəngindir. Somon, skumbriya, alabalıq, ton balığı və sardiniya kimi yağlı balıqlar qidaları enerjiyə çevirmək üçün əhəmiyyətli vitaminlər olan B6, B3 və B12 vitaminləri ilə, eyni zamanda maqnezium ilə zəngindir.

Tərəvəz
Enerji üçün çox əhəmiyyətli bir mineral olan dəmir baxımından zəngin olan brokoli, ispanaq, Brüssel kələmi kimi tərəvəzlər enerjini yüksəldir. Karbonhidrat və enerji üçün əhəmiyyətli olan A və C vitamini tərkibi ilə şirin kartof da enerji artırmaqda faydalı qidalardandır.
Davamı →

Enerjili ol!

Özünüzü dolub-daşan, tam güclü və enerjili hiss etmək istəyisinizmi? Aşağıdakı məsləhətylərə əməl edin:

Tez-tez yeyin
Ən yaxşısi gündə 5-6 dəfə yeməkdir. Heç vaxt səhər yeməyini yaddan çıxarmayin. Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməlidir. Və bacardıqca çoxlu miqdarda təzə meyvədən, tərəvəzdən və göyərtidən istifadə edin.

Yaxşı yatın
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün, yatağa uzanmağa 3 saat qalmış alkaqoldan, nikotindən və tərkibində kofein olan içkilərdən(çay, kofe, toniklər) imtina edin. Yaxşı olar ki, əgər xoşunuz gəlirsə, bal və ya südlə sakitləşdirici bitki dəmləmələri içəsiniz. Pəncərəni açın-yataq otağı nə qədər sərin olarsa, yuxulamaq bir o qədər asan və yuxu bir oqədər dərin və yaxşı olacaqdır.

Gözlər istirahət etməlidir
 Əgər fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxarıqsa (məsələn, kompyuterin ekranına) göz əzələləri gərginləşir ki, bu da çox yorulmaya səbəb olur. Əgər siz kağızlarla və ya kompyuterlə işləyirsinizsə, müntəzəm olaraq gözə istirahət verin ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya iş yerinin əksinə baxmaq lazımdır. 
Ardı →

Enerji artıran üsullar

Günə enerjili başlayırsınız, lakin günortadan sonra ruh düşkünlüyü, tənbəllik başlayır? Onda bəzi məsləhətləri oxuyun və bütün gün ərzində enerjili olun. Səhər yuxudan durandan sonra ilk iş olaraq havaya çıxmaq lazımdır.

1. Hər gün 40 qr buğda, qarğıdalı qəbul etməlisiniz. Çünki onlar enerjini artırmaqla bərabər stressi də azaldır.

2. Səhər isti su ilə duş alandan sonra bir dəfə də soyuq su ilə yuyunun. Amma başınızı soyuq suya salmamağa çalışın. 5-6 dəqiqə bunu etsəniz özünüzü daha gümrah hiss edəcəksiniz.

3. Aparılan araşdırmalara görə, hər 4 qadından birində dəmir əksikliyi var. Bu da yorğunluq və halsızlıq yaradır. Bunun üçün də tərkibində daha çox dəmir olan meyvə, tərəvəz yeyin.

4. Bol-bol balıq, toyuq, pendir, yumurta qəbul etməyə çalışın. Çünki onlarda olan «Omega-3» orqanizmin gümrahlığı üçün önəmlidir. Bundan əlavə balıq bədəndə seratonin hormonunu artırır ki, bu da xoşbəxtlik mərkəzini fəallaşdırır.
Ardı →