Eqoist insanlarla necə davranmalı
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.
Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə — qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.
SEVGİ NAMİNƏ
Həyatın qayəsi, özülüdür sevgi...Allah kainatı, insanları da sevgi ilə yaratmışdır. Bu həqiqət hər şeydə özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sanki sənətkar əlindən çıxmış sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allah'ın insanlara lütfündəndir.
Ya göründüyün kimi ol! Ya da olduğun kimi görün!
(M.C. Rumi)
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir…
Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür.
Psixoloqların dediyinə görə, insan özünü sevməlidir. Razıyam, amma, hər şeydə olduğu kimi bunun da bir qaydası var. Hətta, bu barədə bir kitab (“Öz həyatıvı, öz bədənivi sağalt. Güc bizim daxilimizdədir.”) da oxumuşam, hansı ki, bu kitabda Luiza L.X. yəni, müəllif özü haqda məlumat verir və bildirir ki, o həyatda müxtəlif çətinliklərlə üzləşmiş, həyatın ən ağır zərbələrinə tuş gəlmiş və xərçəng xəstəliyinə belə tutulmuş biri idi. O, öz düşüncələrini, fikirlərini tamamilə dəyişərək xəstəliyi belə yendiyini yazır və bundan sonra bir psixoloq kimi milyonlarla insana da bu yolda kömək edərək onların da sağalmasına bir növ vəsilə olur. Onun tövsiyyə etdiyi dərman budur: