Əqrəb bürcü haqqında ♏

Əqrəb bürcü altında doğulan insanları hər şeydən əvvəl həyatda gərgin, güclü və ehtiraslı olmaları səcıyyələndirir. Əqrəb bürcünü Mars və Pluton idarə edir. Bu planetlər Əqrəbə elə bir təmərküzləşmiş güc verir ki, əslındə hər şeyə qadir olur. Əqrəblər hakimiyyət istəyirlər. Onlar Oğlağın sımvolik görüntülü və Qoçun fiziki qüdrətli hakimiyyətini deyıl, bütün qüvvələrə nəzarət edən həqiqi hakimiyyəti ıstəyirlər. Onlar insanları öz iradəsinə tabe etməyi xoşlayırlar. Əqrəb istəyir ki, yaxın adamları və dostları onun ıradəsı ılə hərəkət etsinlər. Bu heç də nə qəddarlıq, nə də aldanışdır, sadəcə onların düşüncə tərzidir. Onun surprizdən xoşu gəlmir; gələcək haqqında biliyə əsasən hadisələri əvvəlcədən görür və necə hərəkət edəciyini yəqinləşdirir. Əqrəblər öz həqiqi hisslərini hər yerdə imkan olduqca gizlədirlər.


Davamı →

Əqrəb bürcünün xarakteri

Əqrəb bürcünün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur.
Əqrəb işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər.
Davamı →