Kimə ərə getməli?

Bir qız vardı. Tez-tez deyərdi: “Mən ərə gedəndə ərimə həmişə ağ köynək geyindirəcəm. Xoşum gəlir kişi ağ köynək geyinəndə...”

Bu söhbət doxsanıncı illərin sonunda olub. O vaxt ütülü ağ köynəklə qara şalvar geyinmək müəyyən mənada dəbdə idi. Bir neçə ay əvvəl həmin qızla küçədə rastlaşdım. Xeyli yaşlanmışdı. İllər öz işini görmüşdü. Sifətindəki qırışları da kremlərlə, pudralarla gizlədə bilməmişdi.

Bir az gic-gic danışdı, gördüm yazığın başı uçub. Ərə getməyib. O danışdıqca doxsanıncı illərin sonunda tez-tez dilə gətirdiyi arzusunu xatırlayırdım. Dəhşətdir. Böyük arzuların həyata keçməməsini birtəhər həzm etmək olur, kiçik arzuların isə həyata keçməməsini həzm etmək dəhşətli dərəcədə çətindi. Əgər bu arzular insanidirsə, arzunun mayasında fədakarlıq varsa, arzu bir başqasının qayğısına qalmağı özündə ehtiva edirsə həyata keçməməsini həzm etmək daha da çətin olur.
Davamı →

Subay xanımlara 9 məsləhət

  • Qadın
«Subayam, ailə həyatı qurmaq istəyirəm» deyirsinizsə, bu tövsiyələr məhz sizin üçündür. 
Ailə həyatı quracağınız insan necə olmalı? Hansı kişilərlə ailə həyatı qurmaq olmaz? İndi sizə bunları bir-bir açıqlayacam.
Elə insanlar var onlarla ailə həyatı qurmaq olar, elələri də var ki, onlarla evlilik haqqında hətta düşünmək belə olmaz. Subaykən verəcəyiniz yanlış bir qərar irəlidə sizi üzən, zəiflədən bir münasibətə, hətta evliliyə səbəb ola bilər. Bu səbəbdən bir insanla uzunmüddətli münasibət qurmağı düşünürsünüzsə, evlilik qərarı vermədən öncə düşünün.
Davamı →

Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.
Davamı →

25 yaşlı qızı almazlar, çünki o qarıyıb

— Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
— Bir manat iyirmi qəpiyə almışam.
— Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
— Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.

Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki… Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. “Toy olsun”, “Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə.
Davamı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.

Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki.
Davamı →