Şamaxıda qırğınlar

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri  arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.  İndiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və Hacıqabul rayonlarının ərazilərini əhatə edən Şamaxı qəzasında 1917-ci ilin əvvəlləri üçün, Şamaxı şəhəri də daxil olmaqla 161 552 nəfər əhali yaşayırdı ki, onların da 72,8 %-ni müsəlmanlar, 13,8 %-ni ermənilər, 12 %-ni ruslar (o cümlədən, sektantlar-molokanlar), qalan əhalini isə dağ xalqları nümayəndələri və yəhudilər təşkil edirdilər. Şamaxı şəhərinin özünün 27752 nəfər əhalisinin 21 127 nəfəri – müsəlman, 4534 – erməni, 1737 – rus, 214- Qafqaz dağlıları, 136 nəfəri isə yəhudilərdən ibarət idi. Əhalinin bu etnik-dini nisbəti tam mənası ilə müsəlman əhalisinin xeyrinə olsa da, qəzanın və şəhərin inzibati-idarəçilik sistemində rusların, eləcə də bütün idarə strukturlarında geniş təmsil olunan və mühüm mövqeləri tutan ermənilərin mövqeyi daha yüksək idi. 

Davamı →

İrəvan quberniyasında qırğınlar

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi barədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.
1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımlar həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu.

Davamı →

Andranikin qoşunlarının Zəngəzur qəzasına soxulması

1917-ci ildən sonra ermənilər daha güclü silahlanmağa başladılar. Öz milli ideyalarını həyata keçirmək və Azərbaycanlıların maddi rifahını tamamilə dağıtmaq üçün Daşnaksütyun partiyası Azərbaycanlılar arasında toqquşmalar törədirdilər.
Kəndlilər tərəfindən Fərrux bəy Vəzirovun bir neçə malikanəsi dağıdılmışdı. Ermənilər Levon Sergeyeviç Vartapetovu qəza komissarı seçərək tamamilə ermənilərdən ibarət olan milis dəstəsi təşkil etmiş, Şuşa ilə Qaryagin və Şuşa ilə Əsgəran arasında gözətçi məntəqələri yaratmış, Azərbaycanlıları tərk-silah etmişdi. Tədrijən ermənilər Azərbaycanlıların adı göstərilən istiqamətdə yollarını bağladılar.
Davamı →