Tarixi həqiqətlər və erməni uydurmaları

Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər.
Bu işdə ermənilərə daha çox «canıyananlıq edənlər» əvvəlcə Roma papası, sonralar isə Çar Rusiyası olmuşdur. Bu da təbii idi, çünki Roma papası üçün xristianlığı Şərqə doğru genişləndirmək, I Pyotrun Cənub dənizlərinə doğru işğalçılıq planlarını həyata keçirən Rusiya üçün isə Qara dəniz və onun boğazlarını və Xəzər ətraflarını tutmaq başlıca məqsəd idi.

Davamı →