Espresso
Dadı bənzər, çöküntüsü yox, fincanı bənzər, falı yox! Tapın görək bu nədir? Əlbəttə ki, çoxlarının sevimli içkisi espresso.
Çoxlarının bəh-bəhlə danışdığı türk qəhvəsinin digər oxşar növü isə qərbdə qəhvə hazırlanmasında tətbiq edilir. Onlar bir az fərqli olaraq qəhvəni bir az daha iri çəkib isti suda saxlayır, ardından isti süzgəc və ya filtrdən keçirərək içirlər.
Əsl yaxşı espresso necə olur?
Hər şeydən əvvəl espressoda önəmli olan üzərindəki köpüyüdür. Bu köpüyə “crema” (krem) deyilir. Krem qəhvənin möhtəşəm aromasının bayıra uçmaması, yox olmaması üçün xidmət edir və qəhvə içilib qurtarana kimi yox olmur. Yaxşı bir krem həm qəhvənin keyfiyyətinə, həm də hazırlayanın bacarığına bağlıdır.
Mükəmməl bir espressonun köpüyü qalın, açıq-qəhvəyi rəngdə olur. Buna “pələng dərisi” adı verilir.
Ardı →