Ölüm | Mişel Monten

Madam ki, ölümün qarşısını almaq mümkün deyil, onda ürəyi nə vaxt istəyir, gəlsin. Sokrata deyəndə ki: «Otuz Zalım səni ölümə məhkum etdi», «Təbiət da onları!» cavabını vermişdi.

Bütün dərdlərin qurtardığı yerə gedəcəyik deyə dərd çəkmək necə də axmaqlıqdır! Necə ki, doğulmağımız bizim üçün hər şeyin doğuşu oldusa, ölümümüz də hər şeyin ölümü olacaq. Elə isə, daha yüz il yaşaya bilməyəcəyik deyə ağlamaq, yüz il əvvəl yaşamadığımıza görə ağlamaq qədər dəlilikdir.

Ölüm başqa bir həyatın qaynağıdır. Bu həyata gələrkən də ağladıq, əziyyət çəkdik; bu həyata da əvvəlki formamızı soyunaraq girdik. Bircə dəfə başımıza gələcək hadisə böyük dərd sayıla bilməz. Bir anda baş verib sona çatan bir şey üçün bu qədər çox qorxu hiss etmək ağıllı işdirmi?
Davamı →

Heç vaxt pərt olmayan adam haqqında

Bir məclisdə iştirak edirdim. Balaca məclis idi. İştirakçılardan biri əhvalat danışırdı. Əhvalatın süjeti yadımda qalmayıb. Nədən danışırdı bilmirəm. Bu heç o qədər vacib də deyil. Əhvalatı danışan adam birdən dedi ki, mən heç vaxt pərt olmamışam. Filmlərdə belə kadrları yəqin çox görmüsüz. Kimsə yemək yediyi yerdə nəsə xəbər eşidir, ya da nəsə görür və heyrətdən tikəsi boğazında qalır. İnanın elə bir vəziyyətə düşdüm. Tikəm boğazımda qaldı. Stəkana bir az su töküb içdim. Bu vaxt ikinci zərbəni aldım. İkinci zərbə birincidən daha ağır idi. Əhvalat danışan adam dedi:

— Heç kim məni pərt edə bilməz.

Dəhşətə gəldim. Məhv oldum. Baxdım onun sifətinə, gördüm düz deyir. Heç kim onu pərt edə bilməz. Damarımda qanım dondu. Bu son aylarda eşitdiyim ən ağır sözlərdən biri idi. Hələ də özümə gələ bilməmişəm.
Davamı →

Gəncliyə xitab

  • Esse
Ey Gənclik! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. İndi sənin qarşında yoxdan bir bayraq yaratmaqdan heç də az əhəmiyyətli olmayan daha vacib bir vəzifə var. Sən mədəni cəhətdən daha inkişaf etmiş xalqların qızları ilə izdivac qurub övladlarının təlim və tərbiyəsini onların öhdəsinə buraxmalısan. İndi sənin millətçi, vətənpərvər vaxtındır. Yəqin ki, yuxarıda yazılan sözlər bir millətçi, bir vətənpərvər kimi sənin izzəti-şərifinə toxunur. Vaxt gələcək sən nə dediyimi anlayacaqsan və yuxarıda yazılanlara əməl etməsən, o zaman dəhşətli dərəcədə peşmanlıq hissi keçirəcəksən. Lakin bu peşmanlıq hissinin heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq gec olacaq.

Biz ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə toxunmuşuq. Zooparkda bizim anaların və müəllimlərin, onların tərbiyə etdiyi uşaqların davranışlarını gördükdə ayrıca bir yazı yazıb öz tərəfimdən sizə daha bir yaxşılıq etmək qərarına gəldim. Qardaş qardaşa bu dərəcədə böyük miqyasda yaxşılıq etməz. Əməl etsən qazanarsan, etməzsən nə demək istədiyimi zaman özü sənə başa salar.
Davamı →

Kişilər bir olmur

Qadınlar deyirlər kişilərin hamısı bir bezin qırağıdır, amma elə deyil. Şair demişkən, kişilər bir olmur, müxtəlif cür olur. Elə kişi var xəsisdir, elə kişi var səxavətlidir. Kişi var boyu ucadır, kişi var boyu gödəkdir. Elə kişi var sakit yatır, səsi çıxmır, eləsi var xoruldayır.

Kişi var üz cizgilərinin hamısı yerindədir, amma bir qram xarizması yoxdur. Kişi var üz cizgiləri yerində deyil, amma güclü xarizması var. Elə kişi var saqqal ona yaraşır, elə kişi var saqqal ona yaraşmır. Kişi var balıq yeməyi xoşlayır, kişi var balıq yeməyi xoşlamır. Bəxti gətirən kişi var, bəxti gətirməyən kişi var. Kök kişi var, arıq kişi var.
Davamı →

Yaşamaq elminin dörd qaydası

“Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, — onlar deyirlər. — Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının — sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.
Davamı →

Bizim ibtidailərimiz

Səhər tezdən bir az təmiz hava almaq, bir az yerimək, bir az ruhumu təmizləmək üçün kilsəyə getdim. Saysız-hesabsız günahlarımın bağışlanması üçün bir az da dua etmək fikrim vardı. Hətta günün duasını da müəyyən etmişdim: İlahi, mənim cəzamı sən özün ver, amma məni insanların hökmünə vermə.

Kilsənin həyətində müxtəlif millətlərə, xalqlara mənsub xeyli qoca kişilər, yaşlı qadınlar gəzişir, fotolar çəkir, hisslərini, duyğularını bir-birləri ilə bölüşürdülər. Onların geyimlərinə, davranışlarına baxdım, baxdım, baxdım və öz-özümə düşündüm – bəs bu insanların yaşıdları, bizim yaşlı kişilər və yaşlı qadınlar, ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Nə edirlər? Bu kimi suallarla özüm-özümü o qədər əsəbiləşdirdim ki, nə dua edə bildim, nə də ruhum təmizləndi. Ağsaqqallarımız və ağbirçəklərimiz mövzusunda bir neçə yazı yazmağıma baxmayaraq, bu mövzuda daha bir yazı yazmaq qərarına gəldim. Nə qədər istədim özümü sıxam, alınmadı. Çünki günü gündən daha dərindən və qəti olaraq anlayıram ki, bizim böyüklərimiz rəsmən bizim düşmənlərimizdi.
Davamı →

Öpüşmək | Orhan Pamuk

Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Davamı →

Prometey cəhənnəmdə

                                           Zənnimcə, baş qaldıran qüvvə olmayınca, ilahilikdə nəsə çatışmır.
                                                                                                    Lukian. “Prometey Qafqazda”

Müasir insan üçün Prometeyin nə anlamı var? Şübhəsiz, demək olar ki, tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün nümunədir və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı, hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır. Amma eyni zamanda bizə nəsə təklif edir, o izləyicidir, hal – hazırda aramızdadır, ancaq biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.

Əslində, bu günümüzün insanı – dar dünyanın saysız – hesabsız toplumları əziyyət çəkir, o, ocaq və qidadan məhrumdur və azadlıq onun üçün – həm də gözləyəcəyi təmtəraqdır; və məsələ burasındadır ki, onun iztirabları daha da artacaq, amma azadlıq və onun sonunda şahidləri bir o qədər az qalacaqdır. Prometey insanları o qədər çox sevirdi ki, qəhrəman bir dəfəsində insana hədiyyə olaraq od və azadlıq, sənətkarlıq və incəsənəti bəxş etdi.
Davamı →

Tənqid nədir? | Rolan Bart

Günün ideoloji məsələləri həmişə ədəbi tənqidin bu və ya digər ümumi prinsiplərini bəyan etmək üçün əsas verir – xüsusən, nəzəri postulatların çox dəbdə olduğu Fransada, məhz bu prestijli doktirinalar sayəsində o, praktik mübarizəyə, tarixə və müəyyən birliyə aid olduğundan qürur duyur. Buna uyğun olaraq fransız tənqidi artıq on beş ildir ki, eyni uğurla olmasa da əsasən dörd əsas “fəlsəfi cərəyan” əsasında bu qaydada inkişaf edir. Birincisi, son dərəcə mübahisəli terminlə adlandırılan “ekzistensializm”dir; buraya Sartrın əsərləri – Bodler, Flober, Prust, Moriak, Jirodu və Ponj haqqında bəzi məqalələri, o cümlədən çox gözəl məqaləsi olan “Jene” daxildir. İkincisi, marksizmdir. Əsərin olsa-olsa mexaniki təsvirini verən marksist ortodoksiyanın tənqiddə özünü necə uğursuz apardığı, dəyər meyarlarını müəyyənləşdirmək yerinə sadəcə şüarlar verməsi məlumdur; tənqid üçün müəyyən qədər faydalı olan marksizmin özü yox, onun perferiyası olub.

L.Qoldmanın tənqidi buna misaldır (Pasin və Paskal haqqında, Yeni Roman, avanqard teatr və Malro haqqında. Bu yazılarda o, açıq-aşkar şəkildə Lukaçdan nələrisə əxz edib; sosial-siyasi tarixdən yola düşən mümkün tənqidi yanaşmalar arasında onun yanaşması ən etibarlı və virtuoz yanaşma sayıla bilər.
Davamı →

Mütaliə haqqında | Gilbert Kit Çesterton

Görkəmli yazıçıların əsərlərinin mütaliəsinin əsas faydasından ədəbiyyata heç bir mənada pay düşmür. Bunun hətta bizim duyğularımızla, yazıçının dəst-xəttinin əzəməti ilə də hər hansı əlaqəsi yoxdur. Yaxşı kitabları oxumağın faydası ondadır ki, bu əsərlər bizə “əsl müasir insan” olmağı öyrədir. “Müasir” olduğumuz təqdirdə isə bız özümüzü sonuncu xurafata bağlamaqla, olan-qalan pulumuzu müasir dəbli şlyapaya xərcləyirik və buna görə özümüzü dəbdən geridə qaldığımız üçün qınayırıq. Yüzillik yol “həqiqi müasir insan”ların cəsədləri ilə doludur. Ədəbiyyat isə əbədidir, klassik ədəbiyyat ara vermədən dəbdə olmayan həqiqətləri, bizim söykənə biləcəyimiz yeni fikirlərin tarazlığını yadımıza salır.

Hərdənbir (xüsusilə də bizim indiki narahat dövrümüzdə) dünyada müxtəlif istiqamətlər üzə çıxır. Qədimlərdə onları cəfəngiyat, küfr adlandırıblar, indi isə ideya deyirlər. Bəzi hallarda onların faydaları da olur, bəzən isə tamamilə ziyan yetirirlər.
Davamı →