Kitab mağazası xatirələrim

Corc Oruellİkinci əl kitab satan mağazada işləyəndə məni ən çox sarsıdan şey həqiqi kitabsevərlərin azlığı idi. Əlbəttə, əgər siz belə bir yerdə işləmirsinizsə, ora təsəvvürünüzdə yaşlı amma  yaraşıqlı  bir kişinin  dana dərisi ilə cildlənmiş foliantları nəzərdən keçirdiyi bir cənnət kimi canlanacaq. Bizim mağazamızın son dərəcə maraqlı kitab fondu var idi. Mən hələ də müştərilərimizin yalnız 10 faizinin belə yaxşı kitabı pis kitabdan ayıra bildiyinə şübhə ilə yanaşıram. İlk nəşr vurğunları həqiqi  ədəbiyyat sevərlərdən daha  çoxdur, amma ucuz dərslik axtaran şərqli tələbələr az olmasa da, bacı usaqlarına doğum günü hədiyyəsi axtaran dalğın qadınlar isə çoxluq təşkil etməkdə idi.

Bizim mağazaya gələn insanların çoxu  zəhlətökən adamlar idi, amma  kitabmağazasında xüsusi imkanlara sahib idilər. Məsələn, sevimli  yaşlı  bir qadın əliladam üçün kitab axtarırdı ( bu ən cox rast gəlinən tələb idi), digər   isə 1897-ci ildə  oxuduğu gözəl bir kitabın nüsxəsini  onun ücün tapa bilib  biləcəyimiz haqda maraqlanırdı. Bədbəxtlikdən o  nə sərlövhəni, nə müəllifin adını, nə də  kitabın nə haqda olduğunu xatırlamırdı, o yalnız kitabın qırmızı  üzlüklü olduğunu xatırlaya bilirdi.

Bundan başqa   təxminən iki məhşur zərərverici növü var ki, hər kitabmağazası onların  sığınacağıdır. Gundə bir dəfə və ya gün ərzində bir neçə dəfə xarab çörək iyi verən   bir kişi gələrdi və  dəyərsiz kitablarını satmağa çalışırardı. Çox sayda  kitab  sifariş verən  birinin isə adətən  çox az ödəniş etmək niyyəti olurdu. Mağazamızda biz kreditə heç nə vermirdik  amma müştərilər üçün  kitabları kənara qoyur  ya da əgər önəmlidirsə,  onlar üçün yeni sifariş verirdik. Bir müddət sonra  onlar gəlib  kitablarını götürə bilərdilər.
Ardı →

Ölümə qədər heç kim özünə xoşbəxt deməsin

  • Esse
İnsan son gününü gözləməlidir hər zamanMichel de Montaigne
Xoşbəxt deməyək ona ölmədən
Cənazəsi qaldırılmadan                                                      (Ovidi)

Krezin bu haqda məşhur bir hekayəsi var. Fars kralı onu edama məhkum edir. O da edam taxtasına gedə-gedə “Ah Solon, Ah Solon” deyə qışqırırmış. Bu sözünü krala çatdırıblar. Kral ondan niyə bu cür dediyini soruşub. O da Solonun verdiyi bir öyüdü söyləyib krala: “Tale sənə nə qədər xoş üz göstərirsə göstərsin, ömrün son günü gəlmədən insan özünü xoşbəxt saymamalıdır. Çünki insan həyatı qeyri-müəyyən və dəyişkəndir, kiçik bir hərəkətə görə bir vəziyyətdən başqa bir vəziyyətə keçir”. 

Makedoniyalı İsgəndərdən sonrakı Makedoniya krallarının dülgərlik, bağbanlıq etməsini, Siciliya qoçularının dayəliklə dolanmasını tarix unutmayıb. Dünyanın yarısını fəth etmiş, böyük orduların komandanı olmuş imperator Misir kralının nökərlərinə yalvarırdı. Qoca Pompey altı-yeddi ay az yaşasaydı, bu günə düşməzdi. 
Davamı →

Ədəbi publisistika ve esse janrı

Yaradıcı olmazdan əvvəl, hər bir insan cəmiyyətin üzvüdür, vətəndaşdır. Cəmiyyətin həyatına, ictimai-siyasi, sosial-mədəni, mənəvi mühitin bu və ya digər məqamlarına münasibət bildirmək yalnız cəmiyyət üzvünün haqqı deyil, insanın özünüifadə ehtiyacının təzahürüdür. İnsanın təbiəti ilə birgə yaranan bu hissi bir qədər də Sözün hökm etmək təbiəti gücləndirir.

Bu da həqiqətdir ki, hər kəs bu ehtiyacını, hətta öz imkanları çərçivəsində, ifadə etmək iqtidarında olmur. Yaradıcı insanın, cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən istedadı və nüfuzu təsdiq və qəbul olunmuş ziyalının sözünün, fikrinin, mövqeyinin əksəriyyətin rəyi kimi qəbul edilməsi ictimai düşüncədə lokomotiv kimi düşünülməsi də buradan qaynaqlanır.
Ardı →

Qılınca qalxanımız var, bəs iynəyə?

Agalar MəmmədovQılınca qalxanım var, iynəyə yoxdu.
Adamı iynələyə-iynələyə öldürmək olar. Adamı iynə-iynə, incə-incə, sanca-sanca məhv etmək olar.
Adama iynə ilə gor qazmaq olar, quyu qazmaq olar.
“İynə ilə gor qazmaq”ın mənası xəlbirlə su daşımaq kimi boşa gedən nəticəsiz əməklə məşğul olmaq deyil. İynə ilə gor qazmaq başqasına ölümü iynə-iynə hazırlamaqdır. İynə ilə gor qazmaq cəza deyil, xəyanətdi.
“Torba tikən” alət olub iynə həmişə. Quyu qazmamışdan qabaq tor, tələ hörüb iynə. Biz bəzən sözlərimizlə iynələrik, bəzən baxışlarımızla, bəzən incə bir hərəkətimizlə. İynə kimi göz “ucu” ilə baxar, iynələrik, ağız “ucu” ilə dindirər, iynələrik. “Sümüksüz”, “tikansız” adam olmaq iynəsiz olmaqdır.
(Qədim insan iynəni ilk dəfə balıq sümüyündən, tikandan düzəldib.) İynə oxdan qədimdi.
“İynə-iynə, ucu düymə, yarıl-yırtıl, su iç qurtul”. İynələnmiş adamın acığından partlamasına təsəllidi bu. Yəni, di dur, atıl-düş, su iç, acığın ötsün, deyir. Çünki iynə elə batırır ki, uda da bilmirsən, unuda da,
dillənə də.
Biz də iynəyə çatmaz, çuvalduz da, ox da. “İynənin işini çuvalduz görməz” deyiblər. “İynə saplamaq” iynəyə sap keçirmək deyil, əksinə, iynəni kiminsə qəlbinə saplamaqdır.
Ardı →

Meqapolis hüznləri | Qismət

“Sovetski”nin pişiklərinə ithaf olunur...Qismət
Babamgilin şəhərin mərkəzində evləri vardı. Mustafa Sübhi küçəsi, 31-də. Məşhur adıyla “Sovetski”də. “Seqa”nın təzə məşhurlaşan vaxtlarıydı. Evə gələn qonağa gedəndə pay qoymaq adəti ( bunlar adətən kənd yumurtası, pendir, yağ və mürəbbə, kampot olurdu) təzə-təzə səngiyirdi. 150 nömrəli məktəbin ətrafındakı dar küçələrdə saqqızdan yox, saqqızdan çıxan şəkillərdən ötrü futbol oynayırdıq. O vaxtlar məhlələrarası oyunlarda “turbo” saqqızından çıxan bu şəkilləri qazanmaq, bizim üçün dünya kubokundan üstün idi. Dönəmin Braziliya futbol yığmasında ən ünlü oyunçular Romario və Bebetoydu, amma “Tom və Cerri” cizgi filmi hələ köhnəlməmişdi. 90-cı illərin ortasıydı, əbədi keçmişə çevrilmiş uşaqlığımın ən dəcəl, ən qaynar, ən kədərli günləri...

“Uçan boşqablar” barədə məhəlli söhbətlər, başqaplanetlilər haqqında sənədli filmlər artmağa başlamışdı. “Terminator” filmində, böyük bir hərbi hissəni yenidən qurmağa yarayacaq qədər arsenalı tum kimi çırtlayan Arnold Şvartzeneggerin, həyatda da o cür olduğuna inanan adamlar Marsdan məhəlləmizə təzə-təzə təşrif buyurmuşdular.
Ardı →

Qoşalıq və ya tənhaların qəm nəğməsi

  • Esse
Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən

Davamı →

XOŞBƏXTLİK KÖNÜLDƏN VERMƏKDİR....

"İnsanlar körpü qurmaq yerinə divar hördükləri üçün yalnız qaldılar«biz isə bu divarları sökə bilmədiyimizdən xoşbəxtliydən uzaq qaldıq.Yaxşılığın sevincinin dadından uzaq qaldığımız üçün.Yaxşılıq uzaqda deyil,yaxşılıq etmək istədiyimiz insanlar isə yaxında laaap yaxınımızdadırlar.Daha gözəl olmazmı dostlarımızı güldürdüyümüz vaxtların bir hissəsində bir yetimi güldürməyə ayırsaq?Hər gün dinlədiyimiz mahnıların arasında vaxt tapıb ürəyimizin səsin dinləsək?
Ardı →

Beşikdən məzara

Heç nə əbədi deyil, hər şey müvəqqətidir...

   Həyatın özü olduğu kimi, içindəki heç bir şey də əbədi deyil. Biz də bu həyatın qonaqlarıyıq. Kimimiz çox qalırıq, kimimiz də az. Hər birimiz əvvəl axır nədən yaranmışıqsa o na da qayıdırıq. Bu dünyada hər bir şey müvəqqətidir. Sevincimiz, kədərimiz, nifrətimiz, sevgimiz, aldığımız nəfəs belə… Çünki, o da bir gün tükənəcək...

   Həyat beşiklə məzar arasındakı sınaq müddətidir və heç də hər kəs bu sınaqdan layiqincə çıxmağı bacarmır. İnsan hər zaman xoşbəxtliyi hardasa, nədəsə axtarır, lakin başa düşmür ki, yaşamaq özü xoşbəxtlikdi.

   Hansınız səhər gözünü açdığında bunu dünyaya təkrarlayırsənız: «Bu gün xüsusi bir gün, çünki mən bu gün də yaşayıram. Gözlərim açıq, ilk nəfəsimi şüurlu bir şəkildə çəkdim içimə. Bu gün xüsusi bir gün, bəli, bu gün mənə bir gün daha yaşama şansı verildi...»


Ardı →

Qırmızı tumanlı klassik

  • Sevgi
Gəncədə sevgisi uğursuz oldu, sonra Tiflisə köçdü. Tiflisdə şeirlə sevgili olduğu zamanlar idi. Bəlkə düşmən idi sevgiyə. O, Mirzə Şəfi Vazeh idi.
Deyirdi ki, sevənlər mənalı şeylər yaza bilməzlər. Vazeh haqqında məlumatları bizə F.Bodenşted çatdırıb. Fridrix bir gün şairin qəribələşdiyini hiss edir. Şair, deyəsən, şeirin özündən zövq almırdı. Oxuduğu misralar onun ürəyindəhansısa bir hissi alovlandırırdı, şair dəyişmişdi.
Onun öz-özünə dediyi şeiri eşidir Fridrix:
                                                           «Sənin tellərinin ətrini külək Hafizin qəbrinə aparsa, 
                                                            Onun sakit qəlbindən gözəl güllər baş qaldırar.» 
Ardı →