Çarmıxa ucalmaq

  • Esse
İsanı alçaltmaq üçün çarmıxa çəkənlər, baxdılar ki: İsa yenə onlardan yuxarıda dayanıb.
Frans Kafka isə bu barədə belə deyirdi: «Din fədadiləri bədənlərini alçaltmazlar, lazım olsa onu çarmıxa qədər ucaldarlar. Bu mənada onlar düşmənləri ilə eyni fikirdədirlər”.
J.Petan deyib: „Çağdaş Sokrat: Mən bilirəm ki, başqaları heç nə bilmir!”. Özündən müştəbeh adamları bu cümlədən gözəl nə ifadə edə bilər ki?

Davamı →

Rəvan Cavidin essesi

  • Esse
Uşaq vaxtı həyətimizdəki quyunun yanında saatlarla çömbəlib alatoran dərinliyə baxırdım. Bunu hər gün dərsdən gələn kimi həvəslə ritual kimi icra eləyirdim. Anam quyunun dibində şeytanın olduğunu, ora çox baxanda adamın sinəsindən yapışıb dartdığını deyirdi. Etiraf edim ki, bu gün bu mənə nə qədər gülməli gəlsə də, hələ də bir o qədər qorxunc hiss yaradır. Şeytan, onun əlləri, quyunun dibi. Əlbəttə, anama da uşaq vaxtı belə demişdilər. O da bilirdi ki, uşaqları quyunun yanından çəkmək üçün məhz bu cür əhvalatlar danışmaq lazımdı. Böyüdükcə quyunun yanından içinə baxmadan keçdim.

Davamı →

Ruslan Mollayev "Avropa fəlsəfəsi" ESSE

  • Kino
             
               Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində " Daha yaxşı bir dünya xəyal et”  xəttiylə  Azərbaycana  qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa «Hər kəs özü üçün” -  anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır. 

Davamı →

Mən qocayammı?

  • Esse
Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən “cəld davranmaqla” bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. “69 mənə yeniyetməlik kimi görünür”, — deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: “Mən indi qoca qarıyam”.

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, “qocalıq” nədir?
Davamı →

Xoşbəxtlik haqqında | Herman Hesse

  • Esse
İcazə verin sizə xoşbəxtlik və bu sözün mənim üçün hansı məna kəsb etməsi barədə bir-iki kəlmə danışım. Yaşlı adamlar xoşbəxtliyi nə vaxt, neçə dəfə və necə hiss etdikləri barədə düşündükdə haqlı olaraq öz uşaqlıq illərini xatırlayırlar. Çünki xoşbəxtliyi yaşamaq üçün zamandan və onun yaratdığı qorxu-hürkülərdən qurtulmaq, ümidlərdən azad olmaq lazımdır. Əksər insanlarda bu qabiliyyət illər keçdikcə korşalır.

Xoşbəxtlik yalnız uşaqlıqda – yenidən yaşantısı çox çətin olan saatlarda və ya anlarda yaşanır. Hətta həmin o uşaqlıq illərinə yaxşı baş vurduqda belə, xatirələr bu parıltının qızıl kimi heç də həmişə xalis olmadığını üzə çıxarır. İşdi-şayəd, belə bir xatirə yada düşsə, əvvəlcə adama elə gəlir ki, söhbət həftələrdən, günlərdən və ya ən azından bir gündən – Milad bayramından, yaxud ad günündən, ya da tətilin ilk çağlarından gedir.

Davamı →

Optimizm və ümidsizlik | Zeydi Smit

  • Esse
Əvvəlcə vəziyyətin cəfəngliyinə baxaq. Bir ədəbiyyat mükafatını qəbul etmək həmişə bir az absurddur, amma indiki vaxtda təkcə mükafatı alan yox, verən də bu təşəbbüsdən bir az xəcalət çəkir. Amma, budur, buradayıq. Başqan Tramp qərbdə yüksəlişə keçir, okeanın o tayında birləşmiş bir Avropa üfüqdə batmaqdadır, fəqət biz yenə də buradayıq, ədəbiyyat mükafatları alıb-veririk. 8 noyabrda [1] olanlarla o qədər çox şey qəfildən absurd hala düşdü ki, bu siyahının içinə öz yazdıqlarımı da qatmağa çəkinirəm, bundan ona görə bəhs edirəm ki, yaradıcılığımla bağlı bu günlərdə mənə ən çox verilən sual bununla bağlıdır.

Sual belədir: “İlk romanlarınızda çox optimist görünürdünüz, halbuki indi kitablarınızda ümidsizlik havası hiss edilir. Belə demək olarmı?” Bu, adətən cığal həvəsiylə verilən bir sualdır – bir uşağın onsuz da elədiyi bir şeyi eləmək üçün icazə istədiyini eşitmisinizsə, bu üslub sizə tanış gələcək.
Davamı →

İtirilmiş uşaqlıq | Qrem Qrin

  • Esse
...Uşaqlıqda oxunan bütün kitablar kəşfdir və onlar kartlarla gələcəyi, suya baxaraq ölümü oxuyan falçı kimi bizə gələcəyimizdən xəbər verir. Görünür, elə buna görə də onlar bizi o cür həyəcanlandırır. Heç gör, bugünkü kitablarda ömrümüzün ilk on dörd ilinin kitablarındakı həqiqətlərə rast gəlirikmi?

...Mən, kitab oxumaq bacarığımı başa düşdüyümü qala qapısının açar dəliyinə salınıb qəfil çevrilən açar kimi dəqiq xatırlayıram — təkcə əlifbadan sonrakı mərhələ olan, vaqonların dəmiryolunda düzülüşü kimi hecalara ayrılmış sözləri yox, əsl kitabı.

Mən öz kəşfimi bütün yay ərzində sirr olaraq saxladım, istəmirdim bunu kimsə bilsin. Görünür, artıq o zaman mən bunun təhlükəli olduğunu anlamışdım. Oxumağı bacarana qədər mənim üçün heç bir təhlükə yox idi- hələ carxlar hərəkətə gəlməmişdi.
Davamı →

Tolstoy və Rusiya | Herman Hesse

  • Esse
Qəfil təhlükələrdən ehtiyatlanmağımız, yad olan hər bir şeyə düşmənçiliyimiz, kin, ədavətlə dolu «milli” hisslərimiz artıq çoxdan köhnəlib. Bir vaxtlar bu hisslər elə həddə idi ki, hətta milliyətcə ingilis olan Şekspirin əsərlərini belə tamaşaya qoymağa tərəddüd edirdilər. Almanların ən ali xeyirxahlığı, comərdliyi – dünyadakı bütün dəyərlərə və nailiyyətlərə hörmətlə yanaşmaqlarında idi. Başqaları isə bunu zəiflik adlandırır və lazımsız hesab edirlər.

Bu adamlar öz eqoistliyində, xudbinliyində boğulmuş İngiltərə kimi, alman ruhunu da sevgisiz və sonda gərəksiz məhdudiyyətlər yoluna itələmək istəyirdilər. Daha bütün bunlar keçmişdə qalıb. İndiki zamanda Floberə və ya Qoqola haqq qazandırmaq artıq xüsusi cəsarət tələb etmir. Bu müharibədən sonra artıq dünyada ada kimi qalmağın yersiz olduğunu anlamaq, qonşu ölkələrlə əməkdaşlıq edib, ümumi məqsədlər üzrə istiqamətlənmək, ortaq metodlara riayət etmək, eyni tanrılara sitayiş etmək barəsində söhbətləri təzələməyin vaxtı çoxdan çatıb.
Davamı →

Ağlın toxluğundan qəlbin aclığına

  • Esse
Anna Karenina və ovçu
Biz gülə qulluq edirik, su veririk ki, o, tez böyüsün və gəlib bizim arzuladığımız gözəlliyinə çatsın. Gülün ən gözəl vaxtı qönçəliyindədir, çünki qönçəlikdə gözəllikdən daha möhtəşəm olan həm gözəllik, həm də gözəllik ümidi var. Ancaq elə ki, gül böyüyür, pardaqlanıb açılır, ləçəkləri irilənir, nədənsə onun gözəlliyində bir vəhşilik peyda olur. O vaxtdan başlayaraq bizim gülə ümidsizliyimizin əsası qoyulur. Biz o gülün daha pis hala qalacağını, solacağını düşünürük. Beləcə, gül solmamışdan öncə bizim ona olan ümidimiz solur... 

Vronski Annanın arxasınca Moskvadan gələndə daha xoşbəxt idi, nəinki onunla birgə günlər keçirəndə. Çünki Anna öz dərdindən xarab olmuşdu – enlənmişdi, üzündəki qırışlar dərinləşmişdi, əvvəlki gözəlliyini anbaan itirməkdə idi.
Davamı →

Ramiz Rövşən - duyğularımın şeir dilinə tərcüməsi

  • Esse
Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başıaşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək, bütün mənfi xüsusiyyətlərim canımı çıxarda-çıxarda canımdan çıxacaq. Anam məni bir də doğacaq, bir də böyüyəcəm, bir də insan olacam və çox güman ki, bu dəfə daha yaxşı insan olacam.

Şeirin nə olduğunu dərk elədiyim gündən tələsirəm onun şeirlərinə (Anamın yanına tələsdiyim kimi). Elə bilirəm yüz vərəqlik kitabı on dəqiqəyə oxuyub qurtaracam, amma hər misrada qayanıb qalıram. Elə bil, Ramiz Rövşən misralarına daşlar düzüb, vərəqi çevirsəm, ayağıma düşəcəklər. Düşünürəm, düşünürəm. İlahi,bu nə ağır misralardı. Götürməyə ağlım çatmır, hiss etməyə ürəyim. 

Dərdləşirəm onun şeirləriylə. Dünyanın ən savadlı psixoloqudur onun şeirləri. Ancaq danışmaqla yox, oxumaqla rahatlaşır insan. Hər onu oxuyanda mütləq nəsə yazmaq istəyirəm. Fikirlərim bütün ürəyimi gəzir. Duyğularımı, hisslərimi, hətta neçə ildi ürəyimdə qırılan, sökülən, hər günü ürəyimin bir küncünə tökülən pər-pərişan xatirələrimi uşaq kimi qucağıma almaq istəyirəm. Nə gün gördü ki yazıqlar…
Davamı →