Tibbi etik qaydalar nələrdir?

Tibb sistemindən şikayətlənən vətəndaşlarımızla yəqin hər gün qarşılaşırsınız. Haqlı tərəfləri vardır — doğrusu, bizim səhiyyə sistemimizi bəyənmək üçün həqiqətən kor, ya da vicdansız olmalısan. Səhiyyəmiz barəsində yersiz tərif yağdıranların çoxu əsasən ikincini, yəni vicdansızlığı seçirlər. Lakin yenə də onları qınamıram, zira bizim cəmiyyət vicdansızlığı geniş təbliğ edir və mükafatlandırır.

Sözümün canı isə başqadır.

Hüquqda belə bir mövhum vardır: qanundan xəbərsiz olmaq müafiyyətə, yəni məsuliyyətdən azad olmağa gətirib çıxarmır. Əksər şeyləri, elə götürək tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı “adət-ənənəyə” uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.

Gəlin, tibbi etikaya kiçik bir nəzər yetirək. Doğrudur, tibbi etika haqqında məsələni məndən daha yaxşı yaza biləcək insanlarımız vardır, lakin onlar susqunluq nümayiş etdirdikləri üçün özümü qabağa verirəm.

Davamı →

Kişilər üçün etik qaydalar.

1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.
2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir
3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadınıdan icazə qaldıqdan sonra edə bilər.
4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.…
5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkan arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkan qabaqda getməklə öz yoldaşını «sığortalamalıdır»


Ardı →

Davranış mədəniyyəti

Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi… Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir.
Davamı →