Paxıllıq sevinc gətirmir

Kiməsə paxıllıq etdiyimiz zaman fərqinə belə varmadan öz sağlamlığımıza zərər yetiririk. Bunun öhdəsindən gəlmək üçün tez bir zamanda tədbir görməliyik.

Kəskin paxıllıq məqamı — özünü dəyərləndirmə qabiliyyətinin faciəli şəkildə enmə anıdır. Özünüzü başqa insanla müqayisə edir və sizi sonsuz xoşbəxt edə biləcək nəyinsə onda olduğunun şahidi olursunuz.

Misal üçün, uğurlu evlilik arzusundasınız və birdən eşidirsiniz ki, ofisinizdəki qeydiyyat bölməsində oturan heç nə ilə nəzərə çarpmayan bir qıza yaraşıqlı, gənc iş adamı evlənmək təklif etmişdir. Bu xəbəri bildiyiniz anda qəlbinizdə əsl partlayış ola bilər: " Bu ədalətsizlikdir!", " Demək, mən ondan pisəm?", " Mənim həyatımda heç vaxt belə hadisəbaş verməz !."
Ardı →

Sən də Etiraf et

Həyat çətindir.Onu dürüst,saf yaşamaq daha da çətin.Çünki,zəmanəmizdə yalan danışmayan insana rast gəlmək demək olar ki artıq qeyri mümkündür.İnsanın ucası isə səhvlərini dərk edib etiraf edən kəslərdi.Səhv etmək hər kəsə məxsus xüsusiyyətdir.Sadəcə bu səhvi anlayıb düzəltməyə çalışırıqmı?Bax burada büdrəyirik.Çünki əksərən günahkar özünü haqlı sayır.Etiraf etməyi lüzumsuz sayanlar çoxdur.Gəlin səhvlərimizi dərk etməklə yanaşı onu düzəltməyə çalışaq.Etiraf etməyi ar bilməyək.Siz də etiraflarınızı və bu səpkidə məsləhətinizi əsirgəməyin.
Etiraf-Orta məktəbdə oxuyanda jurnalın biologiya səhifəsini cırmışdım,müəllimə mənlə düşnüşdüyü üçün 2 yazmışdı.(qiymətlərim əla olduğu üçün təsirlənmişdim).Tələbələrə bu cür səhvi təkrar etməməyi tövsiyyə edirəm.Çünki müdiriyyət xəbər tutanda çox utandırıcı olur.O müəlliməmi illər ötdükdən sonra görsəm də utanmışdım!
Etiraf-Bir oğlan qızı aldadırdı.Qız isə ona inanır,qəlbən səmimi yanaşır onu sevirdi.Oğlanın qızı sevmədiyini və onu aldatdığını xəbər tutanda qıza xəbər etmişdim.Sonra peşman oldum.Çünki qız da deyəsən oğlanla flort edirmiş,çünki mənim xəbərdarlığımdan sonra da birlikdə idilər.
 
Davamı →