Evdar qadınların qeyd dəftərinə

1. Salat düzəldərkən istifadə olunan tərəvəzlərin quru olmasına fikir verin. Sulu olanda onların dadı qarışmır.


2. Tərəvəzləri bişirəndə onlara isti su töksəniz daha ləzzətli olar. Onların rəngi təravətli qalsın deyə, qazanın qapağını açıq saxlayin.


3. Makaron bişirəndə suyun içərisinə bir-iki bütöv soğan və kök atin, daha ləzzətli olacaq.


Ardı →

Mətbəx biclikləri

1) Balığı qızartmazdan əvvəl unlama zamanı bir az ovulmuş pendir əlavə olunsa, qızardılmış balığın dərisi daha da dadlı olur.
2) Sobada bişirilmiş kartofa əvvəlcədən duzlu su səpilsə, kartofun qabığı dadlı olur.
3) Yüngülcə əprimiş xiyar turşusuna bir çimdik çay sodası əlavə etsəniz, xiyarın əvvəlki elastikliyi bərpa olunar.
4) Qurudulmuş ədva otlarını bişirilən xörəyə qatmazdan əvvəl 5 dəqiqə isti suda saxlayın — onların ətiri daha da artacaq.

5) Qızardılarkən balıq folqaya yapışmasın deyə, əvvəlcə folqaya yağ sürtmək lazımdır.
6)Əgər xörək bişirəndə barmağınız və əliniz azacıq yanıbsa, dərhal yanığın yerinə çay sodası vuraraq üstünə yaş dəsmal qoyun və yanıq qabar verməyəcək.
7) Əgər qaynayan süd köpüklənərək plitənin üstünə tökülübsə, həmin yerə duz səpərək üstünə yaş parça qoyun. Bu zaman qoxu evə yayılmayacaq.
8)Qışa hazırlıq üçün hazırladığınız pomidor bankasının ağzı açılıbsa,onu atmayın,pomidorların qabığını soyun,pomidoru ət maşınından keçirib tamat düzəldin.
Davamı →