Divar kağızlarının təmizlənməsi

Sirr deyil ki, hər bir ailədə kiçik rəssamlar böyüyür, və onlar istedadlarını ən çox divar kağızlarının üzərində sübut etməyə çalışırlar. Bu isə ailə büdcəsinə böyük ziyan deməkdir. Rəngli flamasterlə yazılmış divar kağızlarını üz qırxmaq üçün olan köpüklə təmizləyə bilərsiniz. Öncə köpüyü yazıların üzərinə sürtün, 1 neçə dəqiqə saxlayıb, yuyun.

Bundan əlavə qələm, famaster və digər çətin ləkələri kartof nişastası və sudan hazırlanmış şiləyə (kaşa) limon duzu əlavə edərək hazırlanmış məhlulla silə bilərsiniz. Məhlulu öncə pambığa batırıb, ləkələrin üzərinə çəkin. Bu prosesi ləkə tam təmizlənənədək təkrarlayın.
Davamı →

Göyərtiləri uzun müddət necə saxlamalı?


Mətbəxlərdə ən çox israf olan qidalar cəfəri, şüyüd, nanə kimi göyərtilərdir. Bəs göyərtiləri uzun müddət xarab olmadan saxlamaq mümkündürmü?
 
Əvvəlcə bildirək ki, alış-veriş edərkən kiçik dəstələri seçməlisiniz.
Göyərtiləri mütləq soyuducuda saxlayın. Açıqda qalan qidalar təzəliyini itirir və soyuducuda qoxu yaranmasına səbəb olur.
Davamı →

Paltarların rəngini belə qoruyun

Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır. Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın?

Soda
Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.

Qara istiot
Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.
Davamı →

Kişi kostyumlarının təmizlənməsi

Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın. Kişi kostyumunda ən çox çirklənən hissə onun yaxası, qollarının ağzı, sinəsi, şalvarın balaqlarıdır. Buna görə pencəyi şotka ilə təmizləyib çırpandan sonra ən çox sürtülən yerləri (parıldayan yerləri) əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.

Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür. Şalvarı çırpandan və balaqlarının çirkini təmizləyəndən sonra onu tərsinə çevirib qatlarına içəri tərəfdən yığılan tozu yaxşıça təmizləmək, pambıq və ya şotkanı naşatır spirti qatılmış suda isladaraq, onunla şalvarın daxili və xarici tikişlərini sürtmək lazımdır.
Davamı →

Xalçaların təmizlənməsi

Xalçada təbii liflər nə qədər çoxdursa, onu təmizləmək bir o qədər çətindir. Təbii liflərdən olan xalça çirki daha çox götürür, nəinki sintetik. Nəzərə alın ki, tozsoran yalnız xovun yuxarı hissəsini təmizləyir. Sintetik xalçanı tozsoranla təmizləmədən qabaq, onun üzərinə antistatik vasitə çəkmək lazımdır. Belə olan halda toz xalçanın üzərindən tez təmizlənər. Yaxşı olar ki, xalçalara qulluq edəndə xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlar-dan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə.

Qışda xalçaları qarla təmizləmək olar. Xalçanı üzü yuxarı qarın üstünə sərin, üstünə qar səpin və süpürgə ilə təmizləyin.

Davamı →

Yorğan-döşəyin sırınması

Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır. Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Təmiz yuyulmuş yunu bir neçə dəfə soyuq suda yaxalayırlar. Sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. Yuyulub yaxalanmış yunu torlara yığıb suyu süzülmək üçün asırlar. Sonra yunu quru parçanın üzərinə sərib gün tutan yerdə qurudurlar. Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır.
Davamı →

Kətan paltarları necə yumalı?


Ağ kətan parçadan olan əşyalar asan yuyulsun deyə onları qabaqcadan sabunlayıb bir saat müddətində ilıq suda saxlamaq lazımdır. Sonra suya azca paltaryuyan toz və bir xörək qaşığı sirkə qataraq islatdığınız kətan əşyanı yuyub, soyuq su ilə yaxalayın. Suya çəkdikdən sonra yaxşı olar ki, kətan əşyaları günəşli havada ipə sərib quruluyasınız.

Çox çirklənib rəngi bozarmış paltarları və süfrə-dəsmalı skipidarın köməkliyi ilə ağardıb əvvəlki vəziyyətinə qaytara bilərsiniz. Bunun üçün paltar yuduğunuz ləyənə su töküb paltaryuyan toz və stəkanın üçdə biri qədər skipidar əlavə edərək köpükləndirin.
Davamı →

Çarpayı necə seçilməlidir?

İndi bizə məlum olan çarpayılar qədim misirlilərə yaxşı tanış idi. Avropada isə çarpayılardan 11-ci əsrdən istifadə etməyə başlayıblar.

Mebel mağazalarına gedəndə diqqətli olmaq gərəkdir, xüsusilə də çarpayı seçimində. Çarpayı seçərkən onun yan tərəflərinə və döşəyinə fikir verin. Çarpayının bütün hissələrinə və hətta ən xırda detallarına qədər baxılmalıdır. Yaxşı çarpayı nə cırıldamalı, nə də yırğalanmalıdır. Çarpayının döşək yerləşən çərçivəsi enli olmalıdır ki, döşək yaxşı yerləşsin. Çarpayı isə ağacdan hazırlanmalıdır. Elit çarpayıların çəriçivəsi isə xüsusi ölçülərdə olur. Belə çarpayıların istənilən hissəsini yuxarı qaldırmaq mümkündür.

Çarpayının arxa (baş hissəsi) hissəsi o qədər də əhəmiyyətli olmasa da, o da yaxşı yatmağa kömək edir və gecəyarısı yastığı yerə düşməkdən qoruyur. Çarpayı seçərkən onun ölçüsünə də diqqət yetirmək önəmli məqamlardan hesab olunur. Amma ilk olaraq evinizin ölçüsünü bilib ona uyğun çarpayı seçməlisiniz. Əgər yataq otağınız kiçikdirsə bu zaman asan yığıla bilənlərə üstünlük verməlisiniz. Əks halda otaqda rahat hərəkət etməyinizi əngəllənər. Amma normal yataq otağı üçün çarpayı iri və rahat olsa yaxşıdır.
Davamı →

Xörəyi nədə bişirək?

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.
Davamı →

Düyünün keyfiyyətli olduğunu anlamağın 3 yolu

Son illər keyfiyyətsiz, plastikdən hazırlanmış düyülərin bazara ayaq açması haqda çox yazılır. Bəs düyünün təbii, keyfiyyətli olduğunu necə müəyyənləşdirmək olar?

1. Bir stəkan suya bir xörək qaşığı düyü tökün. Əgər düyü stəkanın dibinə çöksə, deməli, bu, keyfiyyətli və təbii düyüdür. Yox əgər suyun üstündə qalsa, bu, düyünün plastikdən hazırlandığını göstərir.

2. Bir ovuc düyünü suda bişirin. Sonra bir plastik qaba tökün və bir neçə gün ərzində günəşli yerdə saxlayın. Düyü kiflənərsə, deməli, təbiidir. Olduğu kimi qalarsa, saxta olduğu mənasına gəlir.
Davamı →