Badımcan acısının çıxarılmasının asan yolları

Badımcan acısının aradan qaldırmağın bir neçə üsulları mövcuddur. Acı ilə mübarizədə bizə yardımçı əsasən duz olacaq.

Bir qayda olaraq badımcana acı dad verən yalnız onun qabığıdır. Buna görə, əgər sizin reseptinizə bu uyğundursa, o zaman yalnız badımcanı qabığından təmizləmək bəs edir.
Davamı →

Noxudun tez hazırlanması


Noxud bizim gündəlik yeməklərimizdə tez-tez rast gəlinən məhsuldur. Və bir çoxları bilir ki noxudu bişirmək çox vaxt tələb edir. Lakin bəzi sadə məsləhətlərin köməyi ilə bu prosesləri bir qədər tezləşdirmək mümkündür.

1. Yarılmış noxud daha tez qabarır və bişir. Beləliklə, vaxta qənaət etmək üçün çalışın yarılmış noxudlardan istifadə edəsiniz. Müqaisə üçün: yarılmış noxudun bişmə vaxtı 45 dəqiqədən bir saata qədərdir, yarılmamış tam noxudun bişmə vaxtı isə bir saatdan iki saata qədər davam edə bilər.
Davamı →

Şampanı düzgün açmaq qaydası

Şampanla ehtiyyatlı davranmaq lazımdır və bilməyənlər onun düzgün açılması ilə bu faydalı məsləhətdə tanış ola bilərlər.


1. İlk olaraq əmin olmalısınız ki şampan soyuqdur. Əgər elə deyilsə onu mütləq buzla dolu vedrəyə yerləşdirin. Vedrəniz yoxdursa bir neçə saatlıq soyuducuya qoymanız gərəkdir. Şampanı açmazdan əvvəl qədəhlər təmizlənir, yuyulur və buzlu su ilə doldurulub kənarda saxlanılır.

2. Butulkanın üzərindəki kağız soyulur.
Davamı →

Acı bibərin qurudulması

Yeməklərə acı dad vermək üçün kulinariyada qırmızı acı bibərdən çox istifadə edilir. Evdar xanımlar onu duzlu və konservləşdirilmiş məhsullara əlavə edirlər, salatlara, souslara, müxtəlif qəlyanaltılara, misal üçün hamının tanıdığı acikaya. Yeməklərdə acı bibər həm təzə həm də qurudulmuş formada istifadə edilir. Qırmızı acı bibəri müxtəlif üsullarla qurutmaq olur.

1. Sobada

 Vaxt və səbir ehtiyyatı toplayıb bibəri adi qaz və ya elektrik sobada qurutmaq olar. Yığılmış bibərlər yuyulur və qurudulur. Bəzi insanlar bibərləri doğrayıb qurudurlar, bəziləri isə tam şəkildə. Hazırlanmış bibərlər sobanın tavasına, perqament kağızı üzərinə düzülür və əvvəlcədən 50°C temperaturunda isidilmiş sobada (sobanın qapısı azacıq açıq olmaqla) qurudulur.
Davamı →

Xörək duzlu olduqda

Bəzən bilmədən və ya səhvən yeməklər duzlu alınır. Narahat olmayın bu həll edilən problemdir.
 
Əgər siz şorbaya həddindən artıq duz əlavə etmisinizsə, o halda şorbanın bir hissəsini qazana boşaldıb, digərini isə qaynadılmış su ilə qarışdıra bilərsiniz. Lakin bu yaxşı üsul deyil və çox güman ki şorba dadsız alınacaq. Daha doğrusu şorbaya yarma ilə dolu cuna kisəsi salmaqdır, yarma artıq duzları özünə çəkər. Bütün yarmalardan bu işin örtəsindən ən yaxşı gələn düyüdür. Düyü paketini şorbaya salıb və şorbanı bir müddət qaynatmaqla siz şorbanı artıq duzlardan təmizləmiş olarsınız.
 
Daha bir variant var: şorbaya qabığı təmizlənmiş, bütöv, çiy kartof atmaqdır. Kartof həmçinin şorbanın artıq duzlarını özünə çəkər.
Davamı →

Çaydanın ərpdən təmizlənməsi


Kran suyunu istifadə edərək, zamanla çaydanın dibində möhkəm çöküntülər əmələ gəlir. Bu ərpdir. Çaydanı bu cür çöküntülərdən qorumaq praktiki olaraq mümkün deyil. Əlbətdə xüsusi süzgəclərdən istifadə etməklə siz ərpin əmələ gəlməsini gecikdirə bilərsiniz, lakin tam olaraq onun qarşısını almaq mümkün deyil.

Bu arada sual yaranır: bəs çaydanı ərpdən necə təmizləyək? Ərplə dolu çaydanda su gec qızır və xoşagəlməz dad əmələ gəlir. Təbii ki, indiki zamanda bir çox dükanlarda müxtəlif növ ərpə qarşı kimyəvi vasitələri var. Lakin bu məqalədə biz sınanmış xalq vasitələri istifadə etməklə bu problemin öhdəsindən gəlməyə çalışacağıq.
Davamı →

Tomatın düzgün saxlanması

Tomat daha çox pomidor və qırmızı bibərlərin əzildikdən sonra suyunun çıxarılması və qaynadılması ilə hazırlanan qidadır. Tomatlarda isə nəmlə bağlı olaraq kiflənmə çox tez-tez yaşanır. 

Evdə hazırlanan tomatlarda deyil, daha çox hazır tomatlarda kiflənmə olur. Düzgün saxlanma və istifadə üsulları ilə tomatlarınızın kiflənməsinin qarşısını ala bilərsiz. 

— Tomatların dəmir qutuda olmasına diqqət edin. Tomatın ağzından götürərkən boş qalan hissəsini doldurana qədər duru yağ tökün. Yağ soyuducuda donub tomatın kiflənməsini əngəlləyəcək.

— 1 kilo tomata 1 stəkan bitki mənşəli yağ əlavə edin və bir qazanda az odda qaynadaraq bişirin. 1 yemək qaşığı turşuluq duz əlavə edin. Soyuduqdan sonra təmiz bir cam qaba qoyub saxlayın.

— Soyuq yerdə saxlayın.

— Hava keçməsin.

— Duz ilə qarışdırıb yağ əlavə edilməsi kiflənmənin qarşısını alır.

— Tez müddətdə istifadə edin.

— Ağzını açdıqdan sonra yaxşı bağlanmasa, ağzına stəkan qoyun.


Davamı →

Bu yeməkləri dondurmaq olmaz

Soyuducunun buzluğu evdə ən vacib məkanlardan biridir. Onun köməyi ilə yeməklərimizi aylarla xarab olmadan saxlaya bilirik. Ancaq insanlar bəzən dondurulması lazım olmayan qidaları da buzluqda saxlayırlar. Bəs hansı qidaları buzluğa qoymaq olmaz? 

Çoxlu su tərkibli meyvə və tərəvəzlər - Qarpız, alma, kartof, xiyar və digər su tərkibli meyvə-tərəvəzləri buzluqda saxlayanda dadını itirir. Buna görə onları ya tez yemək lazımdır, ya da saxlamaq üçün başqa yol tapın.

Donu açılmış ət, bişmiş makaron, konservləşdirilmiş məhsullar soyuducuda saxlamaq üçün uyğun deyil. Daxılda saxlamaq lazımdır. Hava keçməyən konteynerdə saxlayın.

Qabıqlı yumurta - Buzluqda çox donduğu üçün çatlaya və içinə bakteriya keçə bilər.

Kremli məhsullarSmetan, yoqurt, pudinq kimi kremləri buzluqda yox, soyuducuda saxlayın.

Yumşaq pendirlərBuzluqda yumşaq yox, möhkəm pendirləri saxlaya bilərsiniz. 

Un və ya nişasta ilə qatılaşmış souslarBuzluqda saxlasanız tutarlılığı dəyişəcək və yararsız olacaq.

Ərinmiş dondurmaBuzluğa qoysanız dadını itirib  yapışqan kimi olacaq. 

Sobada bişirilmiş qidalarYemək bişirib qalanını  yenə buzluqda dondursanız, bakteriyaların inkişafını təşviq edəcək.


Davamı →

Dadlı şirniyyat bişirmək üçün məsləhətlər

Mətbəxdə bacarıqlı olmaq üçün illərlə təcrübə qazanmaq lazımdır. Amma bəzi məsləhət və tövsiyələri bildikdən sonra hər bir qadın mətbəxdə xariqələr yarada bilər.  Məsələn, yaxşı qabarmış, ləziz, xoş ətirli keks bişirmək isə heç də çətin deyil! Sadəcə keks hazırlayarkən aşağıdakıları nəzərə almalısınız:

Keks hazırlayarkən istifadə edəcəyiniz vəsaitin otaq istiliyində olmasına diqqət yetirin.

Keks üçün əvvəl yumurtaları çırpıb, şəkəri əlavə edin və birlikdə yenidən çırpın. Daha sonra duru yağ, süd kimi maye vəsaitləri, ən son da unu əlavə edin.

 Reseptinizdə otaq istiliyində kərə yağı ya da marqarin istifadə edilirsə, əvvəl kərə yağı ya da marqarini şəkərlə çırpın. Sonra üzərinə yumurta və digər vəsaitləri əlavə edin.

Keks hazırlayarkən karbonat yerinə qabartma tozunu seçin.


Ardı →

Şorba hazırlayarkən bunları bilməlisiniz

  • Əgər sup-püre hazırlayırsınızsa, yaxşı olar ki, ona bulyonda isladılmış çörək ovuntuları əlavə edəsiniz. Belə şorbalar adətən qaynadılmır.
     
  • Şorbanın kəfi üzə çıxsın deyə, qaynadarkən mütləq soyuq su əlavə etmək lazımdır. Əgər ətirli və dadlı şorba əldə etmək istəyirsinizsə, odu çox az qoyun.
     
  • Əgər mal ətindən şorba hazırlayırsınızsa, çoxlu tərəvəz qatmaq məsləhət deyil. Belə halda ətin şorbaya verdiyi ətir və dad itəcək. Ümumiyyətlə balıq və göbələklə olan şorbalara tərəvəzləri bitki yağında qızardıb əlavə etməniz məsləhətdir. Südlü şorbalara qatdığınız tərəvəzləri isə kərə yağında qızardın.

Ardı →