Soyuducunun buzxanasından fərqli istifadə yolları

Elə bir ev tapmazsan ki, orada soyuducu olmasın. Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur. Soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yolları ilə tanış olun:

Corabların cırılmasının qarşısını alır
Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.

Saqqız ləkələrini təmizləyir
Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.

Ayaqqabı qoxularını aparır
Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.
Davamı →