Evlənmək istəyənlərə qızıl tövsiyələr

Evlənmək istəyirsiniz. Ancaq gələcək həyat yoldaşınız haqqında çox şeyi bilmirsiniz. Elə isə nə etməli? Yaxşısı budur, bunu psixoloqlardan öyrənək.

Evlənmək barədə qərar qəbul etməzdən əvvəl bir daha düşünün. Sağlam ailə həyatı qurmaq üçün sevgi qədər məntiqi də nəzərə alın və ən əsası aşağıdakı suallara cavab axtarmağa çalışın. İnanırıq ki, bu suallar sizə bir daha gələcək həyat yoldaşınızı tanımağa imkan verəcək…

Psixoloji problemləri varmı? 
Keçmiş həyatında psixoloji problemlər yaşayan adamlar (xüsusilə də, psixoloji zərbələrə məruz qaldıqları üçün) ailə həyatında da problemlər yaşayırlar.
Davamı →

Evlənmək karyeramız üçün niyə önəmlidir?

Texnologiya və ya digər sahələrdə güclü qadın olmaq istədiyimizdə atacağımız addımlar vardır, alacağımız biznes riskləri, yeni iş ortaqları, yeni layihələr, vəzifəmizdə yüksəlmək və ya hər hansısa inkşafımıza yönələn bir şey. Bütün bunlardan əlavə karyeramıza təsir edən başqa bir şey isə kiminlə evlənməli olmağımızdır. Ümumiyyətlə karyera istəyiriksə, evlənməlimiyik?

Varen Bafet, “Berkshire Hathaway” şirkətinin CEO-su 2009-cu ildə bir görüşdə deyib: “Doğru insanla evlənin. Mən ciddiyəm. Bu sizin həyatınızda böyük fərq yaradacaq, boşluqlarınızı dolduracaq və hər şeyi dəyişəcəkdir.
Davamı →

Evlilik təzyiqinin fəsadları

Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar. 

Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək?
Davamı →

Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır.

Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Davamı →

Xalqın genini dağıdan xalalar

niyə evlənmirsən, bala?Incestus latınca günah deməkdi. Sonradan bu sözü din, fəlsəfə və ədəbiyyat insest kimi istifadə etməyə başlayıb. Çox yaxın qohumların cütləşməsini günah adlandırıblar.

Qədim Misirdə, Romada bacı-qardaş, ana-oğul seksi yasaq deyildi. Romada olmasa da, Misirdə bacı-qardaş evliliyinə icazə verilirdi. Sivilizasiya inkişaf etdikcə, qohum evliliklərinin faciələri ortaya çıxır, elm buna yasaq qoyur.

Xala, bibi, əmi, dayı uşaqlarının evliliyini tibb yasaq edib. Səbəb ciddidi. Döl ata-anadan gen alır. Fərqli genlərdən yaranan genə hetereziqot — dəyişik gen, eyni genlərdən yaranan genə homoziqot deyilir. İmbridinq deyilən bir anlayış var. İnsest onun bir qoludu. Xalauşaqlarının, bibiuşaqlaırnın və sairənin cütləşməsidi.

Davamı →

Gənc yaşda evlənməyin faydaları

Doğru insanla münasibətiniz varsa, erkən yaşda evlənmək sizə xoşbəxtlik gətirə bilər. Bəziləri gənc yaşda evlənməyə yaxşı baxmır, çünki sərbəstliyi əldən gedər deyə ehtiyat edir və ən əsası ailə məsuliyyəti gözlərini qorxuzur. Ancaq gənc yaşda evlənməyin də yaxşı tərəfləri varmış.

— Gəncliyinizi ən yaxın dostunuzla birlikdə yaşamış, həyata bərabər hazırlanmış olursunuz.
Davamı →

Sevgi nədir? Onu bizdə başqasımı yaradır yoxsa o zatən var?



Bəzən belə fikirlər eşidirik: «Sevmədən evlənmək olmaz...», «Evləndiyin  adamı mütləq sevməlisən...», «Ondan başqasını sevə bilmərəm...»
 Bu  kimi fikirlər, sevgini fantastik və mistik bir şey hesab etməkdən  qaynaqlanır. Bu düşüncəyə görə, insanın həyatda xoşbəxt ola biləcəyi  yalnız 1 adam vardır və o adam, möcüzəvi şəkildə gəlib səni tapmalıdır  ya da tale sizi qovuşdurmalıdır. Əgər həmin adamı tapmadınsa və ya ona  qovuşmadınsa vəssəlam, daha səninçün sevginin kitabı bağlandı...
Əslində isə sevgi dediyimiz şey, heç də qeyri-adi və insan iradəsindən  kənar bir şey deyildir! Kimisə sevdiyimiz zaman onu sevməyimizin səbəbi  heç də sırf həmin insanın özü deyil! Çünki bizdə, insanlarda bir çox  qabiliyyətlər zatən doğuşdan vardır, yəni insan, dünyaya ağ kağız kimi  gəlmir; ondakı qabiliyyətlər və hisslər, əvvəlcədən var, ilahidən gəlir,  sadəcə əvvəllər kövrək halda olur.  Yəni məsələn aclıq hissi, insanda  doğuşdan mövcud olduğu kimi, eynilə sevgi hissi də doğuşdan var,  sonradan yaranmır. Biz tutaq ki hansısa xörəyi yeyərkən xörəkdən zövq  almağımızın səbəbi, heç də sadəcə xörəyin özü deyil; həm də bizim aclıq  hissimizdir. Məsələn doyduğumuz zaman, ac olmadığımız zaman artıq xörək  bizə o qədər də maraqlı gəlmir. Sevgi də belədir. Biz kiməsə sevgi hissi  duyuruqsa, aclıq hissi kimi, bunun da səbəbi ən əvvəl bizim  içimizdədir, daxilimizdədir; fitrətimiz və yaranışımız belədir; mütləq  kimi isə tapıb sevməliyik. Afrikada dünyaya gəlsəydik bir neqri  sevərdik. Ya da Avstraliyada aborigenlərin qəbiləsində yaşasaydıq, bir qəbilə adamını sevərdik. Yəni kimisə tapıb mütləq sevərdik. Zatən  sevmiriksə demək bizdə problem vardır. Necə ki bəzən iştahasızlıq olur  və insan, yemək istəmirsə və bu normal olmayan bir haldırsa eləcə də  sevgiyə qarşı mənfi münasibət bəsləyənlər də belədir; onlarda sevgi  iştahasızlığı, psixoloji problem var.
 Bəli, sevgini bizdə kimsə  yoxdan yaratmır, sevgi zatən öncədən Tanrı tərəfindən yaradılıb bizim  içimizə qoyulub. Dünyaya gəldiyimiz zaman, içimizə, başqa hisslər kimi,  bu hiss də qoyulur. Sadəcə insan böyüdükcə və şüuru formalaşdıqca onun  başqa hissləri kimi sevgi hissi də inkişaf edir və dolğunlaşır. Beləliklə də böyük, yetişkin bir insan formalaşır və onun zövqünə və səviyyəsinə  uyğun da zehnində, qarşı cins tipi formalaşır. Və o, bu obraza uyğun  olan, yəni zövqünə uyğun hər hansı bir kəsi bəyənə bilər. Hətta  bəyəndiyi insanların sayı, 1 deyil bir neçə nəfər hətta onlarca adam ola bilər. Amma onlardan hansı biri haqqında düşünməyə başlayarsa bax bu  halda həmin şəxs, onun zehnində yer tutmağa başlayır. Zehində yer  tutmağa başladıqca artıq həmin şey səni öz təsiri altına almağa  başlayır.
 Yəni sən öncə beyninə məlumatlar yükləyirsən sonra da o  məlumatlar səni yönləndirir, sənə «filan şeyi et» deyir. Sən məsələn  Culianı öz zehninə yazsan beynin də Culianı sevdiyini sənə bildirəcək.  Sən Nataşanı beyninə yazsan, beynin də Nataşanı sevdiyini sənə deyəcək.  Sən bir zənci qızını beyninə yazsan beynin də sənə o qızı sevdiyini  deyəcək. Sən heç kimi beyninə yazmasan beynin də sənə kimisə sevdiyini bildiriş etməyəcək. (Sadəcə hansısa bir məqam olur ki həmin adam, sənin  diqqətini cəlb edir(məsələn onunla iş yoldaşı olursan ya da sadəcə  hardasa üz-üzə gəlirsən) və onun barədə düşünürsən. Yəni hansısa bir  hadisə sadəcə qığılcım rolunu oynayır).
 Bax bütün məsələ budur; insanda  doğuşdan mövcud olan bir boşluğa, kimisə yerləşdirirsən. Düzdür o boşluğa  hər kəs yerləşməz amma bir çoxları yerləşə bilər. O boşluq, konkret  filankəs üçün nəzərdə tutulmayıb, sadəcə doldurulmaq üçün nəzərdə  tutulub.
 Əsas odur ki bunu biləsən! Bu boşluğun, yalnız və yalnız  filankəs üçün nəzərdə tutulmadığını, o boşluğa uya biləcək 1-dən artıq  insanın, hər zaman mövcud olduğunu və «yalnız onu sevə bilərəm» kimi  şeylərin ancaq filmlərdə və romanlarda olduğunu qəbul edəsən!...
Psixoloq Yunis Dürüst
Davamı →

Ərə getmək problemi

Giriş əvəzi: ABŞ sakinləri arasında aparılan sorğu göstərib ki, 18 yaşında ərə getmiş qızın sonrakı 10 il ərzində ailəsinin dağılma ehtimalı 49% çoxdur. Ailə quran zaman qızın 19 yaşı tamam olubsa, bu risk 40%-dir. Alimlər əmindir ki, qız nə qədər gec ailə qurarsa, nikahın möhkəm olması ehtimalı da o qədər yüksəkdir.
Deməli, ərə getmək üçün ən ideal yaş 25 müəyyən edilib. Bu zaman sonrakı 10 ildə nikahın dağılma ehtimalı 29%-dir. 35-39 yaşlarında ərə getmiş qadının ailəsinin dağılma riski isə cəmi 5% təşkil edir.
Ardı →

Mən niyə evlənirəm?

Evlənmək iki əks cins insanın bir araya gəlib ailə qurmağı deməkdir. Yaradılış iki cinsdən ibarətdir. Kişi və qadın. Hər cins ayrı-ayrılıqda natamamlıq təşkil edir. Yəni iki cins bir yerdə vəhdət meydana gətirir. Tarix boyu evlənmək haqqında müxtəlif cür mülahizələr mövcud olmuşdur. Şübhəsiz ki, hal-hazırdakı yaşadığımız zaman da keçmişdən geri qalmayıb. Əksinə, evlənməyin artıq məsuliyyət, yük olduğunu isbat etməyə çalışanlar az deyildir. Amma bu qəbildən olanlar nə qədər çalışsalar da, bu ilahi nizamın qarşısında mütləq diz çökürlər. Bəziləri etiraf edir, bəziləri isə təkəbbürdən məğlub olduğunu boynuna almır. Amma qəlbində məğlub olduğunu gözəl bilir.
Davamı →

Kimlə ailə qurmalı? Sevdiyimiz yoxsa valideynimizin seçdiyi?

Oğul: “Belə evlənmək olar? Sevgisiz, filansız...” Ata: “Sonra sevərsən də...”
Bu dialoqu oxuyanda, oxucularımız yüksək ehtimalla bildilər ki, hansı filmdən sitatdır. Hamımızın sevimlisi “Əhməd haradadır?” filmi və ata-ananın Əhmədi evləndirmək cəhdi maraqlı hadisələrin cərəyan etməsinə səbəb olur...Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi? Bu dəfə bu mövzudan bəhs edirik.

Həyat yoldaşımızı necə seçirik?

Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.
Davamı →