İzdivac

Bәşәriyyәtin әn gözәl vә ilаhi hisslәrindәn biri оnun аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеylidir. İnsаnlаrın аilә fоrmаsındа yаşаyışı tаm tәbiidir. İnsаn еlә bir şәkildә yаrаdılmışdır ki, о fitri vә tәbii şәkildә аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеyl göstәrir. Bәşәr tаriхinin mütаliәsi göstәrir ki, о yаrаndığı gündәn аilә qurumundа yаşаmışdır. Аilә qurumunu аrаdаn götürmәk istәyәn bütün fәrdlәr uğursuzluğа düçаr оlmuşlаr. Bu istiqаmәtdә nә Әflаtunun, nә dә Mаrksist mәktәbin sәy'lәri bir nәticә vеrmәmişdir. Qәdim dövrdәn әsrimizә gәlib çаtmış vәhşi qәbilәlәrdә bеlә аilә qurumu mövcuddur. Bәşәr tаriхini аçıq gözlә mütаliә еtmiş аlimlәr bеlә bir qәnаәtә gәlmişlәr ki, tаriх bоyu hәyаt yоldаşı sеçimi vә аilә tәşkili kimi әhәmiyyәtli qаydа-qаnun оlmаmışdır. İzdivаcın şәхsi yох, növlә (insаn növü) bаğlı zәrurәt оlmаsı bu hәqiqәtin dәlilidir. Bәli, izdivаcdа mәqsәd bәşәr nәslinin dаvаmıdır

Ardı →

İslamda ailə qurmağın ülvi məqsədləri

Ailə qurmamış bir gəncin — istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın — pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə-tapır.


Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik. Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir. Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.


Ardı →

Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
Davamı →

Toy psixologiyası

Yəqinki çoxlarınız bu cür mövzulara kifayət qədər maraqla yanaşırsınız, hətta bu ola bilsin ki, özünüzdən də asılı deyil. Adamlıq dinində insanların həyatlarında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır. Bunlardan biri də toylarıdır. Toy xüsusilə qadınlar üçün o qədər əhəmiyyətlidir ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin çoxları üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Bunun səbəblərindən bəziləri bunlardır: Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir.
Ardı →

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».


Ardı →

Xoşbəxt bir evlilik üçün kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

İngiltərəli elm adamlarının araşdırmaları maraqlı nəticə vermişdir. Buna əsasən ailədə xoşbəxtliyin təmin olunması üçün kişi özündən beş yaş kiçik qadınla evlənməlidir.Bath universitetində evli olan və ya münasibətlərində ciddi olan 1500-dən çox cütlüklə görüşlər keçirilmiş və onlara müxtəlif suallar ünvanlanmışdır.


İlk görüşdən 5 il keçdikdən sonra həmin cütlüklərdən 1000-i ilə yenidən görüş təşkil edilmişdir.
Ardı →

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki «mən»i «biz»lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)
Ardı →