Evlilik haqqında bilinməyən faktlar

Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zamana ixtiyar verin. Çünki zaman çox şeyləri bəyan edir.

Ailə qurmağa hazırlaşanlar bəlkə də elə düşünürlər ki, evləndikdən sonra onlar günün 24 saatını bir-birlərinə həsr edəcəklər? Bu fikirdə olanlar yanlışlığa yol verirlər.

Ekspertlərin qənaətinə görə ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla 4 dəqiqədən 40 dəqiqəyə qədər vaxt ayıra bilirlər.

Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət minimum həddə, 4 dəqiqəyə düşür. Nəzərə alsaq ki, işdən sonra ev işləri, televizor, internet və ya qonaq qəbul etmək kimi vaxtı əridən məsələlər də var, ekspertlərin rəyi ilə razılaşmaq olar. Odur ki, bəri başdan elə düşünməyin ki, ailə quracağınız adam bütün gününü sizə həsr edəcək.
Davamı →

Evləndikdən sonra niyə artıq çəki alırıq?

Yeni evlənən cütlüklərə uzun müddət “kökəlmisən” sözü deyilir. Evlilikdən sonrakı rahatlıq, stressin yoxluğu, yeni başlayan həyat və sevdiyin insanla olmağın xoşbəxtliyi psixologiyanı rahatladır və heç özün də hiss etmədən davamlı yemək yeyirsən.

Evli cütlüklər digər cütlüklərə nisbətdə evdə daha çox vaxt keçirdirlər və daha çox televizor qarşızında otururlar. Nəticədə də televizora baxa-baxa nələrsə yeyirlər. Eyni zamanda da evlilik sonrası edilən balayı da kilonun artmasına gətirib çıxardır.

Evlilikdən sonra həm də həyat yoldaşınla sənin şərəfinə əmi, bibi evində qonaqlıqlar verilir. Qohumların biri gəlir, digəri qonaq çağırır və nəticədə yeyilən dadlı yeməklər kökəlmə ilə nəticələnir. Bəzən isə yeni evli cütlüklərdə qızın yemək bişirə bilməməsi də kilonun artmasına səbəb olur. Belə ki, qayınana evindən kənarda “öz əlim, öz başım” prinsipi ilə yaşayan cütlüklər yemək bişirə bilməyəndə əvəzinə fast food yeyirlər. Bu qidalar isə olduqca kalorili və ziyanlıdırlar.
Davamı →