Kimlə ailə qurmalı? Sevdiyimiz yoxsa valideynimizin seçdiyi?

Oğul: “Belə evlənmək olar? Sevgisiz, filansız...” Ata: “Sonra sevərsən də...”
Bu dialoqu oxuyanda, oxucularımız yüksək ehtimalla bildilər ki, hansı filmdən sitatdır. Hamımızın sevimlisi “Əhməd haradadır?” filmi və ata-ananın Əhmədi evləndirmək cəhdi maraqlı hadisələrin cərəyan etməsinə səbəb olur...Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi? Bu dəfə bu mövzudan bəhs edirik.

Həyat yoldaşımızı necə seçirik?

Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.
Davamı →

Cənnət anaların ayaqları altındadir yoxsa?!

Heç kəsin gələcəyin prezidentini, baş nazirini, deputatını, prokurorunu, hakimini 13-15 yaşında məktəbdən çıxarıb ərə verməyə, bununla da onun həyatının çox önəmli ola biləcək bir səhifəsini qapamağa ixtiyarı yoxdur!..

Uşaqlar öz arzuları ilə doğulmurlar. Ona görə də onların öz valideynləri qarşısında heç bir öhdəliyi yoxdur, o cümlədən də, öz gələcək həyatlarını valideynlərin diqtəsi ilə qurmaq məsələsində. Valideynin köləsi, ərin köləsi olan qadın isə azad cəmiyyət qura bilməz. Kölə qadın azad fərdi tərbiyə edə bilməz.

Niyə kişilər öz uşaqlarını dünyaya gətirməyi, tərbiyə etməyi, evlərini, ailə qayğılarını qadına etibar edirlər, amma cəmiyyətdə fəallığı onlara yaraşdırmır, dövlətdə, biznes həyatında idarəetməni onlara etibar etmək istəmirlər? Axı bu ölkədə qadınlar kölə olmaq üçün doğulmayıblar. Onlar uşaqdoğan aqreqat, paltaryuyan maşın, mətbəx kombaynı deyillər.
Ardı →

Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.
Davamı →

Həyat yoldaşı seçimi

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Davamı →

Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
Davamı →

Qarımışlar

Böyük problemdir. Bilmirsən hardan başlayasan söhbətə. Həm problemi qabardasan, həm də yazını oxuyanlar inciməyələr müəllifdən. Yayın istisində bu mövzuda yazı qaralamağımın səbəbi var.
Rayona getmişdim. Bir çox adamlarla görüşdüm. Müəllimlərlə, həkimlərlə, qəzet oxuyan azsaylı müxtəlif adamlarla əyalətin problemlərindən xeyli danışdıq. Məlum oldu ki, əyalətdə xeyli yaşı ötmüş qızlar heç cür ailə qura, yəni ərə gedə bilmirlər. Təkcə mən qonaq olduğum kənddə 100-dən artıq qarımış qız var. Kənd böyükdür. Rəqəm də balaca rəqəm deyil. Səbəbi sadədir. Oğlanlar Rusiyaya gedib, geri qayıtmırlar. Qayıdana da qız vermirlər. Nədən ki, üç gündən sonra təzə bəy elə bəy kostyumunda üz tutur Rusiyaya. Belələri də çoxdur; ərinin üzünü üç gün görənlər. Toy olur. Bəy gəlini ata-ananın yanına atıb yoxa çıxır. Problem böyükdür…
Davamı →

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki «mən»i «biz»lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)
Ardı →