Azərbaycanda ilk fəlsəfi təlimlər

Zərvanilik
Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.

Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.
Davamı →

Babil qülləsi və Afaziya

  Biz elə bir mövqeyə, elə bir vəziyyətə gətirilmişik ki, lağa qoyula bilinəcək insanlar olaraq həm özümüz — özümüzü həm də başqaları qarşısında özümüzü tanımışıq. Bu mövqe, vəziyyət nədir? Bu sualın tarixi, ictimai, siyasi, fəlsəfi, psixoloji və başqa yöndən cavabları verilə bilər. Amma  mən buna geniş cavab verməyə çalışaraq səbəblərini desəm bununla bizim bir-birimizi lağa qoya biləcək insanlar olmağımızda nəsə dəyişəcəkmi? Ya da bəlkə heç mən özüm də bunun səbəblərini yəni sualın cavabını bilmirəm? Sualın cavabını bilmək bunun aradan qalxmasına kifayətdirmi?  
Davamı →

Plato fəlsəfəsi və yeni platoçuluq

 Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Duyğu aləmində şeylər ideyalara doğru yönəlir, onlara can atır.


Ardı →

Stoyaçılar

Stoisizm e.ə. IV əsrdə yaranan və 529-cu ildə Bizans imperatoru Yustinian tərəfindən bütün fəlsəfi məktəblərin bağlanması əmrini verməsinə qədər mövcud olan və hellinizm dövrünün ən məşhur fəlsəfi məktəblərindən biri olmuşdur.

Stoisizmin yaradıcısı Zenon (e.ə. 336-264) adında bir mütəfəkkir olmuşdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuşdur, sonra isə Afinada yaşamışdır. Orada o, bir sıra tanınmış filosofların tələbəsi olmuşdur və, təxminən e.ə. 300 ildə, öz fəlsəfi məktəbini yaratmışdı. O və onun tə ləbələri “stoa” adlanan binaların birinə bitişik olan sütu-nlu qalereyada yığılırdılar. Buna görə bu məktəbin ardıcıllarını “stoiklər” adlandırırdılar. Guman edilir ki, məhz Zenon, ilk dəfə olaraq, “təbiət qanunlarına uyğun həyat sürmək, yaxşı, məziyyətli, gövmərd həyat sürmək deməkdir” fikrini irəli sürmüşdü. Bununla o, stoisizm fəlsəfəsini etik problemlərin həllinə yönəltmişdi.
Ardı →

17-ci əsr ingilis fəlsəfəsi

Böyük ingilis filosofu Frensis Bekon (1561- 1626) empirizm metodunun banisi hesab olunur. O, eyni zamanda müasir induktiv metodun və elmi fəaliyyət prosesinin məntiqi sistemləşdirilməsinin əsasını qoyandır (O, alim kimi təcrübə apararkən güclü soyuqdəymədən ölmüşdür). Onun «Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri çox məşhur olmuşdur. «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri bir sıra cəhətlərdən olduqca müasirdir. «Bilik qüvvətdir»- məşhur fikri ona məxsusdur. Həmin fikir biliyin praktiki əhəmiyyətə malik olduğunu göstərirdi.
Ardı →

Yeni dövr Avropa fəlsəfəsi

a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri;
b) F.Bekon və onun induktiv metodu;
c) R.Dekart;
ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»;
d) «Monadologiya» və onun müəllifi Leybnits;
e) C.Lokkdan Kanta qədər.


Ardı →

İslam fəlsəfə tarixi

Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Davamı →

Sokrat və Qədim Yunanıstanda etik məktəblər

Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi.
Ardı →

Eleya məktəbi

Qədim İtaliyada Eleya şəhərinin adı ilə bağlı olan Eleya fəlsəfi məktəbi fəaliyyət göstərmişdir. Həmin məktəbin ən böyük nümayəndələri Parmenid, Ksenofan və Zenon olmuşdur.
Parmenid (b. er. əv. 530– 470) fəlsəfi dünyagörüşünü «Təbiət haqqında poema»sında əks etdirmişdir. Poema «Həqiqətin yolu» və «Mülahizənin yolu» adlı iki hissədən ibarətdir. Onun fikrincə, iki fəlsəfə vardır. Biri həqiqətə müvafiqdir, ikincisi isə rəylərə uyğun gəlir. Parmenidə görə, yer kürə şəklindədir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi cisim və əşyadır. Allah şar şəklindədir. Kainat əbədi və tərpənməzdir. Əgər fövqəl varlıqda bir şey varsa, o varlıq deyil, kainatda qeyri– varlıq yoxdur.


Ardı →