Azərbaycanda sufizm

Azərbaycanda Təsəvvüf hərakatları 8-ci 10-cu əsrlərdə başlamışdır. Azərbaycanda yaşadıqları bilinən ilk sufilərin bəziləri bunlardır: Əbu Hüseyn Dündari Şirazi, Hüseyn Yəzdinyar, Əbu Həsən, Əbü Züra, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əbu Abbas Əhməd, Ahi Fərəc Zəncani, Xacə Məhəmməd Xoşnam, Balə Xəlil Mərəndi, Əbu Bəkr Şami.
Ardı →

Sufizm nədir?

Sufizm nədir?
Sufizm sözünün etimoloji mənasının izahı hal hazırda da ixtilaf doğuran məsələ olaraq qalmaqdadır. Tədqiqatçılar sufizm və təsəvvüf kəlmələrinin eyni kökə malik olduğunu bildirir. Bəzi tədqiqatçılar bu sözün ərəb mənşəli olmadığını qeyd edir. Onların fikrincə bu söz yunanca sofia (müdrik) sözündən əmələ gəlmişdir. Bu sozün ərəb mənşəli olduğunun tərəfdarı olan tədqiqatçılar isə bir kəlmə üzərində ittifaq etməyərək müxtəlif fikirlər söyləmişlər. Təsəvvüf kəlməsinin mənşəyini izah etməyə çalışan bəzi fikirlər bunlardır:
Ardı →