Plato fəlsəfəsi və yeni platoçuluq

 Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Duyğu aləmində şeylər ideyalara doğru yönəlir, onlara can atır.


Ardı →

Stoyaçılar

Stoisizm e.ə. IV əsrdə yaranan və 529-cu ildə Bizans imperatoru Yustinian tərəfindən bütün fəlsəfi məktəblərin bağlanması əmrini verməsinə qədər mövcud olan və hellinizm dövrünün ən məşhur fəlsəfi məktəblərindən biri olmuşdur.

Stoisizmin yaradıcısı Zenon (e.ə. 336-264) adında bir mütəfəkkir olmuşdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuşdur, sonra isə Afinada yaşamışdır. Orada o, bir sıra tanınmış filosofların tələbəsi olmuşdur və, təxminən e.ə. 300 ildə, öz fəlsəfi məktəbini yaratmışdı. O və onun tə ləbələri “stoa” adlanan binaların birinə bitişik olan sütu-nlu qalereyada yığılırdılar. Buna görə bu məktəbin ardıcıllarını “stoiklər” adlandırırdılar. Guman edilir ki, məhz Zenon, ilk dəfə olaraq, “təbiət qanunlarına uyğun həyat sürmək, yaxşı, məziyyətli, gövmərd həyat sürmək deməkdir” fikrini irəli sürmüşdü. Bununla o, stoisizm fəlsəfəsini etik problemlərin həllinə yönəltmişdi.
Ardı →

Avqustinusdan sonra Avropa fəlsəfəsi

Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.


Ardı →

Fəlsəfə və ya Bir Subyektin Həqiqəti

Ön Söz əvəzi
 
    Fəlsəfə və ya Bir Subyektin Həqiqəti… Məqaləmin başlığı bu cür adlanır.Çünki mən bu məqaləmdə google.az, wikipedia.org  və.s bu kimi mənbələrdən əldə etdiyim bilgiləri yox öz düşüncələrimi sizilə paylaşmaq istərdim." Kayzen " — də yayımlanan bir sıra məqalələri oxumuşam və sonda məndə belə bir düşüncə formalaşır ki, bu saytın istifadəçilərinin 90 faizinin İQ səviyyəsi 90 və 90 + səviyyəsindədir.Bir sıra məqalələrdə istifadə edilən terminlərin açıqlamasının yazarın özünə belə yad olduğuna əminəm.Lakin əlbəttə ki bu o qədər də pis deyil, ən azından oxuyuruq və öyrənirik.Ancaq yuxarıda da qeyd etdiyim kimi mən Sizlərlə öz düşüncələrimi paylaşmaq istəyirəm.
 
" Fəlsəfi Dərsliklər "
 
Dəqiq fənnlərin daha çətin olduğunu deyirlər, lakin mən bu fikirlə qətiyyən razı deyiləm. 3 x 2 = 6  və ya    — 40 * C = — 40 * F   Bu aksiomadır, yəni sən bunu qəbul etsən də etməsən də bu belədir və əgər əksini iddia etmək istəsən sənə sadəcə axmaq deyəcəklər.Lakin fəlsəfədə aksiomalar mövcud deyildir.Aksioma anlayışının var olub olmaması belə mübahisəlidir.Ancaq Əlisa Nicatın və ya Məmmədəli Zeynalovun öz dərsliklərində fəlsəfəyə tərif verməsi mənə gülməli gəlir.Ən gülməlisi isə tələbədən fəlsəfənin tərifini soruşduqda ona * kitabda yazılan kimi de * sözünün işlədilməsidir.Mənim adları qeyd edilən şəxslərin bilik və təcrübələrinə əsla şübhəm yoxdur və özümü onlardan ağıllı hesab etmirəm.Ancaq Fəlsəfə oxunaraq öyrənilən bir fənn deyildir.Fəlsəfə dərketmədən,düşünmədən ibarətdir.
 
 
" Bu gün Fəlsəfədən 10 aldım"
   
   Çoxdankı tanışımla görüşdük bir gün.Universitetin qarşısında… " İşlər necədir? " deyə soruşdum.Xala-xətrin qalmasın deyı deyil, həqiqətən halının necə olmasını öyrənmək üçün.Sevinə sevinə çox yaxşıyam bu gün " Fəlsəfədən 10 aldım " dedi. Necə baş verdi bu? deyə sual verdim dostuma.Cavabında isə antik yunan və roma mütəfəkkirlərinin adlarını əzbər söylədiyini və bu səbəbdən də 10 aldığını dedi.Gülməyim gəldi və bir xeyli güldüm.
   Fəlsəfə fənni tədris olunmalı deyilmi? Əlbəttə ki tədris olunmalıdır.Lakin  * qatıq qaradır * prinsipi ilə deyil.Zənnimcə dərsliklərdə məsələn təsadüf və zərurət anlayışlarının izahında mütəfəkkirlərin bu barədə söylədiyi fikirlər,onların düşüncələri əks etdirilməli, tələbədən isə onun bu barədə nə düşündüyü soruşulmalıdır.Ancaq əfsuslar olsun ki hal-hazırda vəziyyət bu cür deyildir.
 
   Fikirlərimin nə dərəcədə doğru olub olmadığını deyə bilmərəm.Ən azından bu mənim subyektiv həqiqətimdir. Bir şeyi isə dəqiq bilirəm Obyektiv həqiqətlərin mövcud olmadığını düşünən bir tələbəyə fəlsəfəyə dərslikdə yazılan kimi tərif vermədiyi üçün 0 qiymətini verən müəllim və ya müəllimə bu cəmiyyətin düşmənidir.
 
 
Müəllif: Dəyərli vaxtınızı aldığı üçün üzr istəyən  Cnb. Şahlarzadə
Davamı →

Modern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə...  Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən.  Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi.  İndiana Jones,  şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var  bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s.  Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

   Nitsşe «tanrı öldü» dedi.  Və bu modernizmin,  müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi.


Ardı →

Həyatın və ölümün mənası

Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.
Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.
Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqdadır”.
Ardı →

Fəlsəfə sualları

1.Fəlsəfənin funksiyaları?

A) Aksiologiya, elm, təbiət, cəmiyyət, insan.
B) Sosiologiya, idrak, şüur, cəmiyyət, aləm.
C) Qnoselogiya, siyasət, məkan, zaman, varlıq.
D) Ontoloji, qnoseoloji, sosioloji, praksioloji, aksioloji.
E) Praksiologiya, ideologiya, siyasət, din, elm.

2.Qədim Misirdə fəlsəfi fikirlər hansı mənbələrdə öz əksini tapır?

A) “Arfaçının mahnısı”, “Bibliya”, “Min bir gecə”.
B)”Ağanın qul ilə söhbəti”, “Ölümün tərənnümü”, “Avesta”.
C)”Müdrik Axikar haqqında”, “Min bir gecə”, “Ölümün tərənnümü”.
D) “Avesta”, “ Astiyaq”, “ İsida və Osiris haqqında”.
E) “İsida və Osiris haqqında”, “Arfaçının mahnısı”,”Ölümün tərənnümü”.


Ardı →

Etikanin əsas kateqoriyaları

Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə etməsi üçün müəyyən anlayışlar aparatı, özünəməxsus «dili» olur. «Kateqoriya» adlandırılan ən ümumi anlayışlar gerçəkliyin mənəvi mənimsənilməsində mühüm rol oynayır. Latınca «mühakimə», «tərif» mənasını verən «kateqoriya» bütün elmlərin anlayışlar sistemini təşkil edir. Hər bir elm öz obyektini öyrənmək və məzmununu şərh etmək üçün xüsusi sözlərdən istifadə edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s. Əxlaqın müxtəlif tərəflərini və funksiyalarını ifadə edən etik kateqoriyalar xaraktercə struktur və substansional olur. Struktur kateqoriryalar əxlaqı onun komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kateqoriyalar isə əxlaqı cəmiyyət və şəxsiyyət arasında yaranan münasibətlərin məzmununun xüsusiyyətləri baxımından xarakterizə edir. Birincilərəəxlaq normaları, prinsipləri; əxlaqi qiymətləndirmə, ideal, baxışlar, hisslər; adətlər, hərəkət, davranış, münasibətlər və s., ikincilərə isə xeyir, şər, borc, vicdan, ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan kateqoriyalar cəmiyyətin mənəvi həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanunauyğunluqlarını əks etdirir.
Ardı →

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Ardı →