Dar şalvar kişilərdə sonsuzluğa səbəb olur


ABŞ-da fəaliyyət göstərən İnvestigation of Childlessness dərnəyinin apardığı bir tədqiqat zamanı əsasən, gənclərin üstünlük verdiyi dar şalvarlar sonsuzluq probleminin baş qaldırmasına səbəb ola bilər.

Dar şalvar geyinən zaman kişilərdə yumurtalıqlar bədənə yapışır və bu zaman həmin bölgədə bədənin temperaturu artır bu isə sperma hüceyrələrinin hərəkətinə mənfi təsir etməklə yanaşı həm də sperma hüceyrələrinin miqdarının artmasına mane olur.

Tədqiqat əməkdaşları qadınlarda isə sonsuzluq problemlərinin əsasən iltihabi xəstəliklərdən meydana gəldiyini bildirirlər.
Davamı →

Qızılca

QızılcaBu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.

İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.

Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.

Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. Qızılca xəstəliyindən ölüm halları da baş verə bilir (xoşbəxtlikdən çox nadir hallarda — əksərən kiçik yaşlı körpələrdə).

Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.


Ardı →