html şəkil kodlaşdırma (Facebook Səhifələrdə istifadə oluna bilər)

Əvvəlki yazılarımı oxumusuzsa və tətbiq etmisizsə, davam edə bilərik. Sual oluna bilər ki, hazır tətbiqetmələr (application) varkən, nəyimə lazımdı bu qatmaqarışıq kodlar/teqlər? Nəzərə alın ki, o tətbiqetmələr öz reklamlarını yerləşdirir, gec yüklənir və imkanlar məhduddur. Amma html kodlaşdırma ilə istədiyiniz şeyi istədiyiniz kimi edə bilərsiz, həm də istifadəsi rahat olar. 


Beləliklə səhifəniz üçün mətn yazmağı öyrəndikdən sonra maraqlı şəkil və ya animasiya qoymaq maraqlı olar yəqin ki.


Ardı →

Facebook | Rusif Hüseynov

Hər kəs öz dərdini səndə bölüşür
Bizlərə ortaqsan sən ey Facebook!
Dostlar, sevgililər burda görüşür
Sirrli bir otaqsan sən ey Facebook!

Əsəbi olanda günahkar sənsən
Sevən ayrılanda səbəbkar sənsən
Bu söz-söhbətlərə necə dözürsən?
Qədri bilinməzsən sən ey Facebook!
Ardı →

Facebook üçün html səhifələr

Mən əsl azərbaycanlı olduğum üçün canımda bir balaca tənbəllik var. Bu yazını əvvəlki yazımdan (bu keçidi izlə) bir həftə sonra yazmaq planlaşdırırdım.

Bu yazımı əsasən facebook səhifə idarəçiləri (admin) üçün nəzərdə tutmuşam. Öz biznes və ya azarkeş səhifələri üçün primitiv «Xoş Gəlmişsiniz» səhifələri yaratmağa bir ətək pul verənlər üçün kifayət edər məncə. Beləliklə başlayaq!  


Ardı →

Like dilə gəlib :)

Salam.Mənim adım «bəyəndim» düyməsidi.Facebook-da paylaşımları bunu görənin xoşuna gəlməyi münasibəti bildirilməkçün yaranmışam.Azərbaycanlı üzvlər arasında elə əsasən  ingilis versiyası olan like kimi adlanıram.
Ardı →

Feysbuk səhifə yaradılması, tənzimləmələr

Hamı bu gün daraşıb facebook-a. Bəziləri dost-tanışnan gününü keçirir, bəziləri səhifələrdə yatır, bəziləri səhifə açır, bəziləri açmaq istəyir, amma bilmir.

Mənim bu yazım axırıncı iki qrupa aiddir: səhifə necə açılır, hansı tənzimləmələri var? Əgər xüsusi bir resursunuz (maddi və qeyri maddi) bunu niyə ictimaiyyətə çatdırmayasınız (gəlir yaxud könüllülük prinsipi ilə)?

Başlayaq:

Ardı →

Facebook-dan alınacaq dərslər

Keçən şənbə: “bu mövzunu,yoxsa o mövzunu yazım”,- deyə düşünərkən oğlum imdadıma yetişdi. “Facebook filmini ( The Social Network ) yaz”,- dedi. “Əsl sənin mövzundu.” İnsan qaynaqları əsaslı bir film… Üstəlik Oscar alması da gözlənilir.


Haqlı idi…


Facebookun əhvalatı, əsrin müvəffəqiyyət əhvalatı idi. Dünyanın ən çox istifadə edilən bir neçə markasından biriydi. 500 milyon üzvü vardı. Dünya əhalisinin altı milyard olduğu düşünüldüyündə və məktəb əvvəli uşaqlar ilə 75 yaşın üzərindəki yaşlılar nəzərə alınmadıqda təxminən hər səkkiz, doqquz adamdan biri Facebooka üzv idi.


Ardı →