Gerçək fahişəlik

  • Esse
Yazıçı Nicki Roberts feminizm üzərinə araşdırma aparır və fahişəliyin tarixini incələyir. «Qərbdə fahişəliyin tarixi» adlı kitab yazır. Bu kitabı oxuyanda belə bir nəticəyə gəlirsən: Patriarxat gerçək dəyərləri, doğruçu əxlaqı gizlətmək üçün bütün əxlaq kodeksini azad həyat sürən, kölə olmaq istəməyən qadına yükləyib. Adını da “fahişə” qoyub. Dolayısıyla, azadlığın bir adı fahişəlik kimi təqdim edilib. Gözdən salınıb.

Patriarxat bunu niyə edib soruşa bilərsiz. Bir şirkət düşünün. İşçiləri yalnız bir cinsdən ibarətdi. İşçilərin niyə yalnız bir cinsdən ibarət olması da ayrıca mövzudu. Deməli, şirkətin qaydalarına görə alıcını aldatmaq, saxta mal istehsal etmək, işçilərdən rəhbərə söz daşımaq, kiminsə “torbasını tikmək”, asan yolla pul qazanmaq, rüşvət almaq və bu kimi qaranlıq işlər etmək olmaz. Amma insanın təbiətdən gələn yırtıcı xisləti var – tez və nə yolla olur olsun əldə etmək istəyir. Bütün mədəni cəmiyyətlər bu yabanı yoldan keçib tərbiyələnib, sivilləşiblər.
Davamı →

Sərt əxlaqi normalar fahişəliyi çoxaldır

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir. 
Davamı →

Azərbaycan fahişələri

Fahişəliyin qədim peşə olduğu vurğulansa da insan alveri sovet dönəmində bu qədər irimiqyaslı olmayıb. Ekspertlərin fikrincə, müstəqil Azərbaycanda sosial problemlərin və işsizliyin qadınları bu peşəyə sövq etməkdə rolu var. Eyni zamanda bu, ən asan pul qazanmaq vasitəsidir. Bundan əlavə, dövlət strukturlarının bu məsələyə münasibəti və fahişəxanaların aşkarlanmasında göstərdiyi fəaliyyəti qənaətbəxş saymaq olmaz.
Fahişəlik nəinki Bakıda, hətta bölgələrdə də sürətlə artır. O da üzə çıxmışdı ki, bölgələrdə fahişəliklə məşğul olanların əksəriyyəti bu yola 16 yaşından etibarən könüllü olaraq düşür. Nəticədə son dövrlər bölgələrdə gənc qızlar arasında yoluxucu xəstəliklər geniş yayılmağa başlayıb. Hətta bir rayondan başqa rayona satılan qadınlar da var. Və yaxud faktlar var ki, analar öz azyaşlı qızlarını satır və ya onları fahişəliklə məşğul olmağa təhrik edirlər. Bəzi hallarda məlum olur ki, insan alveri ilə məşğul olanlara hüquq-mühafizə orqanlarının nümayəndələri himayədarlıq edir.
Ardı →

Fahişəlik və ermənilər

Fahişəlik xəstəlikdirmi, həyat tərzidirmi, peşədirmi, əxlaq normasıdırmı, nədir sualı ilə kimə müraciət olunsa, hərə onu müxtəlif cür izah etməyə çalışacaq. Amma fahişəlik pisdirmi, yaxşıdırmı sualı ilə kimə müraciət olunsa, böyük əksəriyyət birmənalı şəkildə «bu, pisdir» deyəcək. Aydındır ki, elələri də olacaq ki, onlar «fahişə təkcə özünə pislik eləyir, oğru, rüşvətxor, korrupsioner isə cəmiyyətə» deyəcək. Bunun əksini düşünənlər də deyirlər ki, fahişələr fahişə olmayanlar üçün pis nümunədir. Bu yazıda da məqsədimiz fahişəliyin yaxşı, pis olduğunu araşdırmaq deyil. Baxmayaraq ki, Azərbaycanda hələ iki əsr əvvəl qeyri millətin və dinin daşıyıcıları olan qadınlardan məqsədli şəkildə təşkil olunmuş qeyri-əxlaqi yerlər vardı.


Ardı →

İdmana görə seks təklifi

Amerika polisi Filadelfiyanın 43 yaşlı sakini Syuzen Finkelşteyni fahişəlikdə ittiham edərək həbs edib. Qadın o qədər Philadelphia Phillies beysbol klubunun o qədər azarkeşi olub ki,oyuna bilet üçün özünü satıb.
Fahişə qadın Baş Beysbol Liqasının həlledici oyununa bilet əvəzinə seks təklif edib.
Finkelşteyn elanını populyar “Craigslist” saytında yerləşdirib. O, elanda özünü “böyük döşə malik sarışın qadın” kimi təsvir edib, beysbolun həlledici görüşünə 2 biletə möhtac olduğunu bildirib. Bunun əvəzində o, unudulmaz seks vəd edib. («высокая, пышная блондинка отчаянно нуждается в двух билетах на матчи Мировой серии MLB»).
Ardı →

Fahişə həyatı-2

Fahişələr necə yaşayır? Fahişələrin həyatı necə olur? Bordel(fahişəxana) nə cür olur? Bu suallar yəqin ki çoxlarını maraqlandırır. Bu sualların cavabını bilmək üçün şəkillərlə qədim sənət sahiblərinin həyatına nəzər salaq. Əvvəli


Hər həftənin dördüncü günü satıcı gəlir və fahişələrə paltarlar verir ki,onlar özlərinə geyim seçsin


Ardı →

Fahişələrin həyatı

Fahişələr necə yaşayır? Fahişələrin həyatı necə olur? Bordel(fahişəxana) nə cür olur? Bu suallar yəqin ki çoxlarını maraqlandırır. Bu sualların cavabını bilmək üçün şəkillərlə qədim sənət sahiblərinin həyatına nəzər salaq.


Amerikada Nevada ştatında fahişəxanalar var. Xüsusilə «Moonlite BunnyRanch» bordeli çox məşhurdur.Uşaqlar bu şəkillərə baxmasa yaxşıdır.


Yeni müştəri gələndə fahişəxana işçisi zəngi çalır və içəridə olan qızlar seksual alt geyimlərində çıxıb qonağı qarşılayır. Mama Roza rolunu oynaayan madam Syuzet müştərini qarşılayır:



Ardı →

İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.
Ardı →