Qırmızı Damla - (Qorxulu Əhvalatlar silsiləsindən) - 9-cu fəsil

IX

İBRA  HÜNDÜRLÜKLƏRİ

Təcrid olunmuş portal sahəsininin sərhədində ucaldılmış təxminən 2 metr hündürlüklü çəpəri adlamaq,  hər biri üçün son dərəcə vahiməli gəlmişdi. Yeni yerlilər bir yana,  pul hərisliyi ucbatından adada təsadüfən teleportasiya zonasına düşmüş və son 20 ili bu yad planetdə keçirmiş Russo üçün, doğmalaşmış sahəni tərk etmək, vətənə qayıdış üçün bir ümid qığılcımı yaratsa da, onu son dərəcə həyəcanlandırmışdı. Bitkiyə bənzər möhkəm materialdan toxunmuş çəpəri,  sonuncu dırmaşan da elə Russo oldu. Nədənsə ona elə gəlirdi ki, təcrid zonası onu geri çəkirdi, ürəyinə nəisə dammışdı.  Təlaş etməkdən özünü saxlaya bilmirdi.

  Ətrafa göz gəzdirdikdən sonra, qarşılarında açılan üfüqdə  iki çox hündür dağa bənzər bir quruluş gördülər. Uzaqdan baxana da məlum  olurdu ki,  həmin quruluş heç də Yer planetinin dağları ilə eyni cinsdən deyil.  Tam simmetrik, çoxsaylı bucaqları olan bir  göydələn tikiliyə bənzəyirdi.   Təxminən yer məsafəsi ilə beş kilometr uzaqlıqda olan həmin nəhəng dağa irəliləmə başlamışdılar, ki,  yamacın orta hissəsindən qırmızı bir işıltı gözə dəydi. Hər birinin gözləri qamaşdı. Əlləri ilə gözlərini ovuşdurdular.

-         Russo bu nəydi belə, gözlərimi yandırır?

-          Nə olmağını bilmirəm, bircə onu bilirəm ki, bizim burda olmağımızdan xəbərləri var, budur bax.

Eyni mənbədən çıxan qırmızı işıq bu dəfə uzanan lövhə şəklində onlara tərəf irəliləməyə başladı,  hər halda işıq şüası olmadığına əmin oldular, çünki işıq sürəti üçün həmin məsafəni qət etmək bir göz qırpımından dəfələrlə az vaxt tələb edirdi.


Ardı →

Qorxulu Əhvlatlar - "Məzar pıçıltısı"

 

 

“Məzar pıçıltısı”

 

 

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.  


Ardı →

Anan öldü dedilər...

Bir gün yuxudan ayıldım,durdum paltarımı geyindim, hələ də gözlərim açılmırdı.
Əl üzümü yudum getdim məktəbə. Nəhayət məktəbə çatdım.Zəng vuruldu girdik sinifə.Nədənsə hamı mənə kövrəlmiş gözlər ilə baxırdı..Mən isə fikrə getmişdim.
Bir gün anama bir qızın şəkilin göstərib onu sevdiyimi dedim.Anam isə dedi
-Gözəl balam sənin sevmək vaxtın deyil, sən hələ əsgərliyə getməlisən .Ona kimi sənin həyatında çox qızlar olacaq.
Dedim ana mən bir insanı sevib və onunla ailə həyatı quracam.Əgər baş tutmasa heç vaxt evlənməyəcəm. Anam bu sözlərimə gülüb,yanağımdan öpüb getdi.
Hiss elədim ki çiynimə nəysə toxunur.Ayıldım ki,müəllim deyir.
-Ay bala dur dərsini danış.
Dedim icazə verin gedim evə özümü pis hiss edirəm.İcazə aldım çıxdım məktəbdən.
Sanki dünya dağılırdı,başım fırlandı gözlərim qaraldı,əllərim əsdi ayağlarım sözümə baxmadı.Taqətsiz idim.Ayağlarımda güc qalmamışdı.Evə çatmağıma az qalmışdı.Nədənsə evimizin qarşısında çoxlu maşın var idi. Təəcübləndim dedim görəsən kimdi bizi yad edən.(Axı bizə belə çox qonaq gəlmirdi.)Evə çatdım, gülə-gülə içəri keçdim ki anam ağrılarımı hiss etməsin.
Mən gülürdüm, onlar ağlayırdı.Hələ də mənə çatmırdı.Dedim nə olub.Anan öldü dedilər.
-Nəəəə? Anam.?
Hələdə mənə çatmadı dedim bəlkə zarafat edirlər.Qaçdım qoymadılar məni evə keçməyə.Anladım nə baş verdiyini.Huşumu itirdim.
Gördüm kimsə məni öpür:
-ay bala məktəbə gecikirsən dur ayağa.
Durdum gördüm bütün gördüklərim yuxu imiş.

Davamı →

1778 Letters of me and my wife - Mənim və arvadımın 1778 hekayəsi

Həkim bizə bir il vaxt vermişdi amma biz birlikdə ikinci payızı qarşıladıq. O   proqnozlarında yanılmışdı. “
“Mən istəmirəm ki, sən mənim həyatımı uzadmaq üçün istəmədiyin işi görməyə məcbur olasan”
“Mən yazmağı dayandıra bilmirəm. Bu gündəlik dua kimidir”
“-Həkim, mənim arvadıma ağrı kəsicilər verin. O ağrılardan əziyyət çəkir.
-Ağrı kəsicilər onun ağrısını dayandıracaq amma o bütün günü yatmalı olacaq. Ona görə də yoldaşınız onlardan imtina edib.Çünkü bu zaman onun üçün çox dəyərli olan hekayələrinizi oxuya bilməyəcək”

Ardı →

Where the Wild Things Are ( Arkadaşım Canavar )


Uşaqlar üçündür. Nağıldır. Boş şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq? Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq? İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. :)  Davam eliyirsən? Ok onda mən də davam eliyirəm. :)

Nağıllar üçün darıxanlara…

Ardı →