Sarıkökü yeməklərə əlavə etmək üçün 5 səbəb

Sarıkök möcüzəvi ədviyyatdır. Onun faydaları saymaqla bitmir. Son zamanlar alimlər bu ədviyyata xüsusilə çox diqqət edir, müxtəlif araşdırmalar aparırlar. Hər bir belə araşdırma sarıkökün yeni və inanılmaz faydalarını aşkar edir.

Tanınmış rusiyalı diyetoloq tibb elmləri namizədi Elena Solomatina Komsomolskaya Pravdaya müsahibədə sarıkökün 5 ən böyük faydasını sadalayıb.

1. Sarıkökün tərkibində olan kurkumin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

2. Həmçinin kürkuminin güclü şiş əleyhinə təsiri var. Belə ki, son zamanlar kurkumin melanomanın müalicəsində istifadə olunur. Həmçinin kurkumin xərşəng zamanı istifadə olunan kimyaterapiyanın orqanizmə olan mənfi təsirini də azaldır.
Davamı →

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur.

Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir.
Davamı →

Quranda adı çəkilən yeganə ədviyyat

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik. Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm. Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.

Zəncəfil mədə-bağırsağın hərəkə-tini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir. Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.
Davamı →

Gözəllik üçün darçın

Daha parlaq qızılı saçlar
Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.

Təbii dodaq balzamı
Ərimiş Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.

Parlaqlıq və təbiilik
Qış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.
Davamı →

Zəncəfil yaddaş üçün faydalıdır

Zəncəfil əlavə olunmuş qidaların və zəncəfil çayının istehlakı beyinin aktivliyini artır və yaddaşı daha möhkəm edir. Tailand alimləri yeni araşdırma zamanı sübut ediblər ki, zəncəfil beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.

Araşdırmada 60 orta yaşlı qadın iştirak edib. Qadınlar 2 qrupa bölünüb. Zəncəfil ekstraktını qəbul edən qadınlarda yaddaşın yaxşılaşması qeyd olunub.

Alimlərin sözlərinə görə, zəncəfil beyinin qocalmasını ləngidir, beyin hüceyrələrini (neyronlar) qoruyur. Həmçinin zəncəfil baş ağrıları zamanı kömək edir.
Davamı →

Hilin faydaları

Hil tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Maraqlıdır ki, orta əsrlərdə Avropada hil həqiqətən dərman sayılır və apteklərdə satılırdı.

1. Hil həzm proseslərini yaxşılaşdırır, köpü azaldır. Bəzi şərq ölkələrində yeməkdən sonra hilin toxumlarını çeynəmək adəti var.
2. Hil ağızdan gələn pis qoxunu və ürəkbulanmanı aradan götürür.
3. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
Davamı →