Kinoa

  • Flora
Kinoa Cənubi Amerika və And dağlarında bitən kinao bitkisinin dənləridir. Kinoadan çox istifadə etmək insanlarda boy artımının sürətlənməsinə səbəb olur. Kinoa bitkisinin açıq yaşıl rəngli budaqları, iri yaşıl yarpaqları və çoxlu miqdarda toxumları toplanmış iri meyvəsi olur. Kinoa bitkisinin üç növü var.

Bu onların rənginə uyğun olaraq ayırd edilir. Onun qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var. Kinao qədim qida məhsullarındandır. O hinduların ən çox istifadə etdikləri qidalardandır. Bu bitkiyə kartof və qarğıdalı qədər ehyiyac duyulur. Bunun səbəbi isə onun faydalı tərkibə malik olmasıdır. Kinoa bitən bölgələrədə digər taxıl məhsullarının qıtlığı yaşandığı zamanlarda çörəyi və qidanı əvəz eləmək məqsədilə isstifadə edilib.
Davamı →

Yonca

  • Flora
Üçyarpaq yonca çoxillik bitki olub, paxlalı bitkilər sinfinə aiddir. Onun kökü əlverişli şəraitdə dərinə və eninə doğru asanlıqla inkişaf edə bilir. Yonca ağ və ya çəhgrayı rəngdə çiçək açır. Onun kiçik çiçəkləri bitkinin uc hissələrində bitir və çətirə bənzəyir. Yonca əsasən yol kənarlarında və meşəlik ərazilərdə yetişir. Onun kök sistemi yaxşı inkişaf edir və köklərində kiçik hava boşluqları olur. Bu boşluqlarda çoxlu miqdarda xüsusi bakteriyalar toplanır.

Yoncanın kökləri azotu özünə çəkib saxlaya bilmək qabiliyyətinə malikdir. Bu da yoncanın eninə və boyuna inkişaf etməsinə səbəb olur. Bəzən paxlalı bitkilərin inkişaf etməsi üçün onların yanında bilərəkdən yonca əkirlər. Yoncanın inkişaf etməsi daha çox arılardan asılıdır, çünki onun tozlanmasında arılar birbaşa iştirak edir. Yoncanı isiti havalarda üstü örtülü damın altında qurudurlar. O yalnız 1 il bağlı mühitdə saxlanıla bilir.
Davamı →

Köp üçün Boymadərən ərağı

Əgər sizdə mənşəyindən asılı olmayaraq köp varsa, onu müalicə etmək üçün xalq təbabətində çox gözəl bir üsul var – boymadərən ərağı. Boymadərən ərağını spirtli içki olan araqla müqayisə etməyin, bunu içəndə adam məst olmur, haram deyil, amma şəfalıdır.

Boymadərən çox faydalı bir bitkidir. Onun bütün şəfalı xüsusiyyətləri suda dəmləməsində vardır. Boymadərən ərağı sulu dəmləmədən fərqlənir. Boymadərən ərağı istənilən ağır yeməyi həzm etməyə kömək edir.
Davamı →

Quranda adı çəkilən yeganə ədviyyat

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik. Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm. Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.

Zəncəfil mədə-bağırsağın hərəkə-tini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir. Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.
Davamı →

Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kökü və 120 santimetrə qədər böyüyə bilən tünd yaşıl yarpqları olur. Xren may-iyun aylarında böyüyür, yarpaqları böyüdükcə onun kökü də inkişaf edir.

Xrenin müxtəlif növləri var. Xrendən çox xoşlananalar onu öz bostanlarında da yetişdirə bilirlər. Onun qədim zamanlarda yunanlar, pomlılar və misrlilər tərəfindən daha çox istifadə edildiyi söylənilir. İndi xren dünyanın bir çox ölkələrndə yabanı halda yetişir. Bu bitkinin ən çox qida sənayesində ətrindən istifadə edirlər.
Davamı →

Bağayarpağı

Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.

1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Davamı →

7 təbii ağrıkəsici

1. Zəncəfil kökü
3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar.

Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatim xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.
Davamı →

Pərpətöyün

  • Flora
Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.

C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətləri də mövcuddur. Doymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.
Davamı →

Patisson

  • Flora
Patisson xiyar, qabaq və balqabağın yaxın «qohumu»dur. Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.

— Kalium və maqneziumla zəngin olan patisson ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini tənzimləməyə kömək edir.

— Patisson yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.

— Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.
Davamı →

Yovşan

  • Flora
Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də tanınır. Yovşanın adı yunan Allahı Artemidanın(ovçuların Allahı) adı ilə bağlıdır. Yovşanı toplayan zaman diqqətli olmaq lazımdır. Ona toxunan əllərlə gözlərə, dodaqlara, üzün dərisinə toxunmaq olmaz. Yovşan topladıqdan sonra əlləri təmiz yumamış duş qəbul eləmək də məsləhət görülmür.

Mütəxəssislər yovşan toplayan zaman əlcəkdən və eynəkdən istifadə etməyi məsləhət bilir. İşin qurtardığı zaman isə mütləq paltarları dəyişmək lazımdır. Ən çox acı yovşanın tozcuqları tənəffüs orqanların daxil olduqda boğazda və burun nahiyəsində qıcıqlanmalar, quruluq, ağızda acı dad hissi əmələ gəlir. Əlamətlərin çox olduğu zamanlarda isə mütləq həkimə müraciət etmək lazımdır.
Davamı →