Evin havasını təmizləyən ən təsirli 8 dibçək bitkisi

  • Flora
Qapalı məkanlarda hava bəzən zərərli kimyəvi maddələrlə çirklənmiş olur. Araşdırmalara əsasən, insanlar vaxtının 90%-ni havası pis olan qapalı məkanlarda keçirir. Bu da sağlamlığa böyük ziyan vurur. Qapalı məkanlardakı çirkli hava öskürək, sinədə sıxılma hissi, tez-tez baş ağrıması, boğaz ağrısı, gözlərdə sulanma və ya qaşıntı, nəfəs çatışmazlığı və astma tutmalarına səbəb ola bilər.

Ancaq təbiət qapalı məkanları təmizləmək üçün sadə və təsirli həll yolları təqdim edir. Bir çox bitki təbii üsulla havadan çirkləndiriciləri təmizləməyə kömək edir. 1982-ci ildə NASA-da aparılan araşdırmaların nəticələrinə əsasən hər 100 kvadratmetrlik sahəyə havanı təmizləmə xüsusiyyəti olan ən az bir dibçək gülü yerləşdirmək lazımdır. Bəs bu bitkilər hansılardır?
Davamı →

Ev üçün faydalı 5 bitki

  • Flora
Amerika alimləri xüsusi araşdırma apararaq, psixoloji müsbət təsir edən, nadir hallarda allergiya yaradan 5 bitkinin adını açıqlayıblar.

1. İngilis sarmaşığı: Bu bitki təkcə karbondioksidə görə qapalı yer bitkilərinin çempionu deyil. Hiyləgər sarmaşıq həm də özünə görə daha bir xüsusi və qeyri-adi üstünlüyə malikdir. O havadan ağır metal duzlarını, toksin və formaldehidləri udaraq təmiz hava yaradır. Bu bitkini xüsusilə magistral yol kənarında, evlərin aşağı mərtəbələrində yaşayanların, zirzəmidə çalışan insanların saxlaması məsləhətdir.
Davamı →