Faydalı içkilər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Qırmızı çuğundur ikiillik bitki olub, kökündən istifadə edilən tərəvəzlər qurupuna daxildir. Qırmızı çuğundurun vətəni Aralıq dənizinin sahilləri hesab edilir. Bitkinin maraqlı olmasına səbəb insanların onun yarpaqlarından deyil kökündən istifadə eləməsidir. Bu tərəvəzdən ən çox qədim pomalılar istifadə etməyi xoşlamışlar. Onlar çuğundurun yarpaqlarını şəraba qataraq istifadə etmişlər. Tiber imperatorunun qərarına görə qədimdə almanlar romalılara qırmızı çuğundura görə pul ödəmişlər. Qədim zamanlarda Yunanıstanda da yemək hazırlayarkən çuğundurdan isstifadə edilmişdir. Çuğundur kökünün qida rasionuna daxil edilməsi ilk dəfə avropalılar tərəfindən bizim eranın əvvəllərinə təsadüf edir. Slavyanların dediklərinə görə qırmızı çuğundur Vizantiya imperiyası dövründən dünyaya yayılıb. Bu bitkidən XI-ci əsrdə Rusiyada da istifadə edilib. Çuğundur slavyan bostan bitkilərinin siyahısında ən başda gələnlərdən hesab edilir. İndi dünyanın bütün ölkələrinin mətbəxində çuğundurdan geniş istifadə edilir.