Zeytun yağının 10 özəlliyi

Bu yazını oxuduqca zeytun yağına heyran olacaqsınız.

1. Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcəkdir, amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaqdır.

2. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olursa, zeytun yağı əksinə çox olduqca turşuluq azalacaqdır.

3. Başqa yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcəkdir, amma zeytun yağı əksinə bol-bol yedikcə nəinki daş əmələ gələcək, hətta olan daşlarınız yavaş-yavaş əriyəcəkdir.
Davamı →

Qarğıdalı yağı

Qarğıdalı istehsalına 7-12 min il əvvəllər başlanmışdır. İlk dəfə qarğıdalı Meksika ərazilərində əkilib. Ən qədim qarğıdalı qalıqları Oaxaka rayonunda olan Qvila Nakits mağarasında arxeoloji qazıntılar zamanı tapılıb.

Qarğıdalı yağı açıq sarı rəngdən, qəhvəyi rəngə qədər ola bilir. Onun xoş ətri və özüəməxsus dadı olur. Onu “Qərbin qızılı” da adlandırırlar.

Qarğıdalı yağının aşağıdakı növləri var:
* rafinəedilmiş dezodoranlaşdırılmış (D marka) — dietik qidaların hazırlanmasında istifadə edilir
* rafinəedilmiş dezodoranlaşmış (P marka) – ümumi qidalanmada isstifadə edilir
* rafinəedilmiş dezodoranlaşmamış – xüsusi iyə məxsus olur, təyin edilmiş təmizliyə ehtiyacı olan növ
* rafinəedilməmiş – tünd rəngli, artıq maddələri çox olan növ.
Davamı →

Qoz yağı

Qoz qədim zamanlardan intellektin və müdrikliyin meyvəsi hesab edilib. Qədim zamanlarda İran alimləri qozu insan beyninə bənzətmiş və ondan alınan yağın insan zəkasına və ağlına təsir etdiyini söyləmişlər. İllər keçdikcə isə bu söz öz təsdiqini tapmış və mübahisə doğurmamışdır.

Soyuq sıxılma üsulu ilə əldə edilmiş qoz yağı kəhraba rəngində, özünəməxsus orjinal qoxuya sahib olur. Onun digər yağlarla qarışımınına yol vermək məsləhət deyil. Belə ki, bu zaman qoz yağının ətri öz əvəzolunmaz qoxusu ilə digər yağların ətrini üstələyir.

Necə seçməli?
Soyuq üsulla sıxılmış qoz yağı almaq lazımdır. Kiçik və ağzı kip bağlı şüşələrdə satıılan qoz yağını almaq məsləhət görülür.
Davamı →

Fındıq yağının faydaları

Fındıq yağından ötən əsrin 70-ci illərindən istifadə eddilməyə başlanılıb. Fındıq yağı ilk dəfə həmin illərdə istehsal olunmağa başlanılıb. Bu yağın eksportu ilə əsasən Fransa, İtaliya və Türkiyə məşğul olur. Fındıq yağı badam yağı qədər orqanizmə faydalıdır.

Soyuq sıxma üsulu ilə əldə edilmiş fındıq yağı kəhrəba rəngində və xüsusi qoxuya malik olur. Onun tərkibi E, B, PP və C vitaminim ilə zəngindir. Bu vitaminlərin qarışımı orqanizmə enerji verir. O orqanizmi tonuslandırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur.

Necə seçməli?
Alan zaman fındıq yağının rənginə diqqət yetirmək lazımdır. Onun rəngi şəffaf olmalı və qoxusu insan xoş təsir bağışlamalıdır. Rənginin bulanıq olması onun keyfiyyətsiz olmasının göstəricisiddir. Onu 12 ay müddətində soyuq və qaranlıq yerdə saxlamaq mümkündür.
Davamı →

Qoz yağının faydaları

İltihabı sağaldır
Omega 3 və omega 6 kimi doymamış yağlar ilə qoz revmatizm və digər iltihablı xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

Ekzema kimi dəri xəstəliklərindən qorunmanı təmin edir
Gündə bir neçə qaşıq qoz yağı qəbul etmək ekzema kimi dəri xəstəliklərinin müalicəsinə kömək edir.

Qoz qocalmanın təsirlərini azaldır
Antioksidant tərkibli qoz və qoz yağı hüceyrə məhvinə səbəb olan sərbəst radikalları nəzarət altında saxlayır və qocalmanın təsirlərini gecikdirir.
Davamı →

Əncir toxumu yağı

Əncir yağı əncirin toxumlarından alınır. Aparılan araşdırmalara görə əncir yağının bir çox faydaları var. Onun tərkibində olan D vitamini, omeqa 3, omeqa 6 və omeqa 9 var. Əncir yağının tərkibində olan omeqanın miqdarı balıq yağındakından heç də az deyil.

İnsanların saçları bəzi səbəblərdən tökülür. Kişilərdə genetik səbəbdən, qadınlatda isə bir çox səbəblərdən saçlar öz keyfiyyətini itirib, tökülürlər. İstinin, soyuğun təsiri, kefiyyətsiz şampunlar, stress, bəzi xəstəliklər saç tökülməsinə səbəb olur. Amma artıq qorxmaq lazım deyil, saçlara qulluq etmək, tökülmənin qarşısını almaq üçün əncir yağı sizin köməyinizə çatacaq. Həftədə 2 və ya 3 dəfə saçlarınızın dibinə əncir yağı sürtsəniz tökülmənin qarşısı aınacaq.
Davamı →

Ərik çəyirdəyi yağı

Ərik çəyirdəyi barədə məlumatlara b.e.ə. 3000 ildən qalma Çin əlyazmalarında rast gəlinib. Bu da ərik çəyirdəyi yağının qədim tarixə malik olmasının göstəricisidir. Ərik çəyirdəyi yağı bütün dünyada məşhur olan yağlardandır. Onun faydalarından bizim eraya qədər avropalılar da istifadə edib. Ərik çəyirdəyi yağı əriyin çəyirdəyindən alınır. Sənaye yolu ilə ərik çəyirdəyi yağını alarkən alça və gavalı çəyirdəklərinin də qarışımından istifadə edilir.

Ərik çəyirdəyi yağı açıq sarı rəngdə, şəffaf və xüsusi qoxuya malik olur. Onun tərkibi isə badam və şaftalı çəyirdəyi yağına çox bənzəyir. Ərik çəyirdəyi yağı alarkən onun qablaşdırılmasının üstündə olan yazılara, yağın istehsal tarixinə diqqət yetirmək lazımdır. Ərik çəyirdəyi yağını şüşə qabda, ağzı qapalı şəkildə və gün şüalarından uzaq məsafədə saxlamaq lazımdır. Bu qayda ilə yağı 6-12 ay ərzində saxlamaq mümkündür. 100 qram ərik çəyirdəyi yağının tərkibində 100 qram yağ və 884 kKalori var.
Davamı →

Kərə yağının müalicəvi xüsusiyyətləri

Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı. Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s. var.
 
Hindistanda əridilmiş kərə yağı 1001 dərdin dərmanı sayılır və Ayurvedada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Müalicəvi bitkilər və ədviyyatlar əridilmiş kərə yağı ilə qarışdırılır və bu halda daxilə qəbul olunur və ya dəriyə çəkilir.
Davamı →