Çərəzlərin faydası

Bu dadlı çərəzlərin faydası haqqında insanlar hətta bizim eramızdan əvvəl bilirdilər. Qədim Vavilonun kahinləri aşağı təbəqə insanlara bunları yeməyə qadağan edirdilər.

Kahinlər qorxurdular ki, onlar ağıllanacaq. Maraqlıdır ki, bunda müəyyən həqiqət var. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.

E vitaminindən əlavə qoz-fındıqda müxtəlif faydalı vitamin və mikroelementlər vardır: kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. Bundan əlavə onların tərkibində çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.

Qoz, fındıq, badam, araxis, keşyu və s. qan-damar sistemi üçün çox faydalıdır. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəlikləri və s. yayılmış xəstəliklər zamanı onlar yaxşı müalicəvi və profilaktik effekt verir.

Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir.


Ardı →

Kivi

  • Flora

kiviKivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.


Ardı →

Kofein zərərdi, yoxsa xeyir?

kofeQəhvə ilə yanaşı kofein çayın, enerjiverici sərinləşdiricilərin və şokoladın tərkibində var.
Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.

Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.
Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.

Stresslə üz-üzə
O bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan hormon buraxır. Bir neçə fincan qəhvə içəndən sonra isə bu proses sürətlənir. Onun fikrincə, məhz buna görə də, kofein ilə əhval-ruhiyyə arasındakı bağlılıq öyrənilməlidir.
Qəhvədən başqa çay, şokolad və enerjiverici sərinləşdiricilərin də tərkibində kofein var.


Ardı →

Vanil

  • Flora

vanil

Vanil kalsium, natrium və dəmir mineralları ilə zəngindir, tərkibində xolesterol olmasa da, şəkər nisbəti yüksəkdir. Buna görə də kalori dəyəri çoxdur.

Vanil orqanizmi gücləndirir, sinirləri sakitləşdirir, temperaturu aşağı salır, həzmi asanlaşdırır, tənəffüs yollarını təmizləyir.

Vanildən biskvit və şirniyyat məmulatlarında, tort və şokoladlarda, xoşətirli olduğu üçün yağından ətir və müxtəlif kosmetik məhsullarda istifadə olunur. Ancaq vanil və vanil yağından həddindən artıq istifadə etdikdə ürəkbulanma baş verir.


Davamı →