Fellər və onların növləri

Ümumi qrammatik mənasına görə hərəkət bildirir. Sualları: nə etdi?, nə edir?, nə edəcək?...

Fellər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

SADƏ FELLƏR

Sadə fellər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: bax, bax+maq.


Davamı →

Felin geniş zamanı

Geniş zaman müasir türk dilində felin ən çox işlənən, müxtəlif məna və üslub çalarlarına malik spesifik zamanıdır. Geniş zamanın ifadə etdiyi mənalardan yalnız biri — gələcək zaman bildirmə xüsusiyyəti Azərbaycan dilində də var. Bu zamanın xüsusiyyətləri aşağıdakılardır:
a) Geniş zaman istilahı, terminin özündən də göründüyü kimi, felin hər üç zamanını ehtiva edir; keçmişdə, indi və gələcəkdə baş verən iş, hal, hərəkəti bildirir; felin ifadə
etdiyi hərəkətin icrasında bir sürəklik, daimilik olduğu nəzərə çatdırılır.

Roman yazmaktan zevk duyarım.
Gülü seven dikenine katlanır.
Şen adam güneşe benzer; girdiği yer aydınlanır.
Sana başarılar dilerim.
Güneş Doğudan doğar.


Ardı →

Felin gələcək zamanı


Türk dilində gələcək zaman iş, hal və hərəkətin gələcəkdə icra ediləcəyini, hərəkətin danışılan andan sonra baş verəcəyini bildirir və -acak, -ecek şəkilçisi vasitəsilə düzəlir. Şəkilçinin sonundakı «k» samiti I şəxsin tək və cəmində "ğ" hərfinə keçir; fel kökü saitlə bitərsə, köklə şəkilçi arasına bi­tişdirici «y» samiti artırılır; fel kökü «a» və «e» saitləri ilə bi­tərsə, həmin saitlər müvafiq olaraq "ı" və «i» saitləri ilə əvəzlənirlər. Şəxs şəkilçiləri (I kateqoriya) zaman şəkilçisindən sonra gəlir və bitişik yazılır.
Davamı →

Tərz kateqoriyası

Azərbaycan dilində olduğu kimi rus dilində daha çox işlənən nitq hissələrindən biri feldir. Rus dilindəki fellərin qrammatik forma və əlamətlərindən danışarkən tərz kateqoriyası xüsusilə  aydınlaşdırılmalıdır.
Tərz kateqoriyası nə deməkdir? Rusca nitq vərdişlərinin inkişafında bu kateqoriyanın köməyi nədən ibarətdir?
Tərz kateqoriyası (категория вида) dedikdə, hərəkətin zaman daxilində bir proses kimi necə keçdiyi nəzərdə tutulur.
Rus dilində işlənən bütün fellər iki tərzə bölünür: bitmiş tərz (совершенный вид) bitməmiş tərz (несовершенный вид).

Ardı →