“FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 2-Cİ PARÇA: FEYS ƏFSANƏSİ BAŞLANIR!

Bir çoxlarınız yəqin ki, bilir: feys əfsanəsinin başlanğıcı, əvvəli, nə çox uzaq nə də çox yaxın bir zamana- 2003-cü ilə gedib çıxır. Belə ki, hər şey, bütün həngamə onunla başladı ki, ABŞ-də universitet tələbəsi olan Mark Zukerberq adlı bir şəxs, bir internet proqramı, bir sayt yaratdı. “Feysməş” (“Facemash”) adlanan sözügedən sayt əvvəl sırf universitet çapında fəaliyyət göstərirdi. Lakin, ya vəlvələdən ya zəlzələdən, necə oldusa, ilginc bir şəkildə (bu məsələyə bir az sonra toxunacağıq) hər şey, qısa müddətdə dəyişdi və bu proyekt, əvvəlcə ABŞ-ın hər tərəfinə, sonra da bütün dünyaya yayıldı və… bir əfsanəyə çevrildi. 2004-cü il fevralın 4-ü tarixində sosial şəbəkə olaraq rəsmən istifadəyə verildiyi zaman “di feysbuk”(“The Facebook”) adlanırdı, 2005-ci ilə gəlindiyində isə “di” (“the) hissəsi atılaraq bu günkü (facebook) adını aldı. 2006-cı ildə isə feysbuk artıq bütün dünyaya açıq hala gəlmişdi və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir internet istifadəçisi ona qoşula bilirdi.
Davamı →

FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 1-Cİ PARÇA: “ÖN SÖZ” VƏ FEYSBUK

“Necə xoşbəxt olaq; bunun üçün nə etmək lazımdır?” “Ümumiyyətlə, xoşbəxtlik nədir, necə bir şeydir?”....bu bütün insanların-yaşından, cinsindən, peşəsindən, təhsilindən, maraqlarından, dünyagörüşündən asılı olmayaraq hər kəsin bilmək istədiyi, cavabını öyrənmək istədiyi sualdır. Əlbəttə, bu da təbiidir, çünki hər kəs xoşbəxt olmaq istəyir! Bu sual, tarixən hələ ilk bəşər övladından bəri insanları düşündürmüş və onların beynini məşğul etmişdir. Bax, elə qarşınızdakı kitab da bu məqsəd üçün yazılmışdır; xoşbəxtliyi tapmaq və ona çatmaq üçün! Və bu mövzu, hər birimizi maraqlandırdığı üçün, məncə, elə birlikdə bu suala cavab tapmalıyıq; hamımız bir yerdə, xoşbəxtliyi aydınlaşdırıb sonra da ona qovuşmalıyıq. Odur ki, kitab, başdan sona qədər, sizinlə söhbət və ünsiyyət şəklində olacaqdır. Məhz birlikdə, həqiqəti aydınlaşdıracağıq.
Davamı →