Fransua Rable

Fransua Rable1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.

Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.

1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur.


Ardı →